Ankarada Anarın yeni kitabının təqdimatı

 

Türkiyənin "Bənqu" nəşriyyatı Anarın "Kərəm kimi" (Nazim Hikmətin həyatı sənəti haqqında düşüncələr) kitabını çap etmişdir. 1000 tirajla nəşr olunmuş 340 səhifəlik kitabın 260 səhifəsi Anarın girişdən iki hissədən ibarət mətnidir. Qalan səhifələrdə Nazim Hikmətin indiyəcən Türkiyədə çap olunmamış məqalələri verilmişdir. Bu yazılar sırasında böyük şairin Əkbər Babayevlə öz həyatı yaradıcılığı haqqında geniş söhbəti, habelə Azərbaycanla bağlı "Xalqın malı olan sənət", "Azərbaycan mədəniyyəti haqqında düşüncələr", "Dostluq toplantısı", "Dostum Rəsul Rza", "Aydındır şerin dili", "İkinci nəfəs" başlıqlı məqalələri yer almışdır.

Kitabda həmçinin Azərbaycan şairlərindən Mikayıl Rəfilinin, Əli Nazimin, Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Mirvarid Dilbazinin, Nigar Rəfibəylinin, Bəxtiyar Vahabzadənin, Qabilin, Xəlil Rza Ulutürkün, Məmməd Arazın, Fikrət Sadığın, Fikrət Qocanın, Vaqif Səmədoğlunun, Tofiq Məliklinin, Nüsrət Kəsəmənlinin, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin Nazim Hikmətə ithaf olunmuş şeirləri dərc edilmişdir.

Kitabın sonunda Anarın Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana Nazim Hikmətə Türkiyə vətəndaşlığının qaytarılması münasibətilə təşəkkür məktubu "Zəfərin mübarək Nazim" yazısı verilmişdir. Kitabı Nazim Hikmətin Azərbaycanın ədəbiyyat, elm sənət adamlarıyla çəkilmiş 50 fotoşəkli tamamlayır.

Kitab Avrasiya Yazarlar Birliyinin təşəbbüsüylə nəşr olunmuşdur. Mətni Türkiyə türkcəsinə uyğundaşdıran İmdat Afşar kitaba ön söz yazmışdır. Kitabın redaktorları fəthi Gədikli, Qönüralp İren, Murat Sözərdir.

Noyabrın 2- Ankarada Sərgilər Konqreslər Mərkəzində kitabın təqdimat mərasimi keçirilmişdir. Mərasimdə yazıçılar, elm siyasət adamları, çox sayda jurnalistlər iştirak etmişlər. Avrasiya Yazarlar Birliyi başqanı Yakub Dəliöməroğlu Anar çıxış etmiş, müxbirlərin suallarına cavablar vermişlər. Xüsusi qeyd olunmuşdur ki, vaxtilə Nazim Hikmətin ilk kitabı Türkiyədən öncə Azərbaycanda nəşr olunduğu kimi, Anarın da böyük şairə həsr olunmuş bu əsəri Azərbaycandan əvvəl Türkiyədə işıq üzü görmüşdür.

TRT İNT AVAZ televiziya kanallarında Anarla qırx dəqiqəlik söhbət efirə çıxmışdır. Yazıçı TRT 1, Kanal D başqa kanallara, habelə "Hürriyyət", "Milliyyət", "Cümhuriyyət", "Zaman", "Yeni Şafaq" qəzetlərinə, "Qardaş qələmlər" bir sıra başqa dərgilərə geniş müsahibələr vermişdir.

"Hürriyyət" qəzeti "Tanımadığın Nazim Hikmət" başlığını manşet kimi birinci səhifədə dərc etmişdir. Yazıda deyilir:

"Həyatdaykən Nazimlə tanışma görüşmə imkanı bulan nadir düşüncə ədəbiyyat adamlarından Anarın kəndisinə aid ya eşitdiyi tanıklıqlarla zənginləşdirdiyi "Kərəm kimi" adlı kitabının tanıtımı olacaq. Ünlü yazar Anar qonaqlara həm kitabı haqqında bilgi verəcək, həm soruları cavablandıracaqdır".

"Olay" qəzeti "Türk sağı Nazim Hikməti kəşf etdi" başlığını manşetə çıxararaq birinci səkkizinci səhifələrində Dursun Erkılıcın böyük yazısını vermişdir. Yazıda deyilir:

"Yazımın başlığını "Türk sağı Nazim Hikməti kəşf etdi" deyə adlandırmağımın səbəbi dəvət yazısına bağlıdır. Avrasiya Yazarlar Birliyi bizləri oraya çağırarkən "Tanımadığınız Nazim Hikmət ilə tanışmaya dəvətlisiniz" - deyir.

Gerçəkdən oylə. Ən azı Nəcib Fazil Qısakürək qədər, ən azı Atilla İlhan qədər Nazim Hikməti oxumuş biri olaraq bilirəm ki, türk sağı Nazim Hikməti tanımır. "Kərəm kimi" adlı kitabın Türkiyədə yayınlamasına vəsilə olan bu axşamkı çox önəmsədiyim buluşmanı gerçəkləşdirən bəzi dostlarla söhbətimizdə böyük bir cəsarətlə dilə gətirilən "Nazim Hikmət bizə yanlış anladılmış" gerçəyi bu kitab ilə yıxılıb, yerinə "Nazim gerçəyi" oturacaq".

Bu sözlərdən sonra Dursun Erkılıc kitabda Anarın yazdığı girişdən bir parçanı misal gətirir:

"Nazimin ölməz yaradıcılıq mirası yalnız onun dünyagörüşünü paylaşanların deyil, bütün türk xalqınındır - sağçısıyla, solçusuyla sağçı, solçu olmayan böyük çoğunluquylaOnun mirası öncə bütün türk dünyasınındır, sonra bütün insanlığın. "Türk dünyası" ifadəsinə əminəm bəzi solçular bir az ürkərək, şübhə əndişəylə yanaşacaqdır. Bəzi sağçılar isə Nazimi bu dünyaya qəbul etmək belə istəməzlər. Bunlar əbəs cəhdlərdir. Dədə Qorqudsuz, Yunus İmrəsiz, Nəvaisiz, füzulisiz bir türk dünyası olmayacağı kimi, Nazim Hikmətsiz bir türk dünyası olamaz… O illərdə Nazim Türkiyədə bir çoxları üçün "Moskvanın adamı", "türk düşmanı" idisə, azərbaycanlılar üçün Türkiyənin, türklüyün, türk dilinin simvoluydu. Nazimi bitib-tükənəmyən alqışlara qərq edən Bakı salonlarındakı dinləyicilər onun şəxsində bir kommunist propoqandaçısını deyil, bizə uzun illər həsrətini çəkdiyimiz Türkiyənin qoxusunu, ruhunu gətirən, canımız qədər yaxın olan türk dilində qonuşan, ölümsüz şeirlərini türkcə oxuyan - həm möhtəşəm oxuyan - bir türk şairini alqışlayırdı".

Dursun Erkılıc davam edir:

"Yakub Dəliöməroğlu başkanlığında önəmli fəaliyyətilə diqqət çəkən Avrasiya Yazarlar Birliyi ilə, Türkiyəni türkcə sevdalıları qucaqlaşdıracaq böyləsinə önəmli bir kitaba imza atan Azərbaycan Yazarlar Birliyi başqanı Anarı ürəkdən qutlamaq gərəkiyor. Qələmlərinə, ürəklərinə, əməklərinə sağlıq".

 

 

Ədəbiyyat qəzeti.-2009.-13 noyabr.-S.3.