Əli bəy Hüseynzadə  haqqında kitabın  təqdimatı keçirilib

                                                                                                           

Qənirə Paşayeva Azər Turanın müəllifi olduğu "Əli bəy Hüseynzadə Turan" adlı kitabın təqdimatı keçirilib. Kitab Əli bəy Hüseynzadənin ömür yolu elmi-ictimai fəaliyyətinə həsr olunub. Tədbirin əvvəlində sənətçi Azərinin ifasında Q.Paşayevanın sözlərinə yazılmış "Turan" nəğməsi səslənib.

Tədbirin aparıcısı olan Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov bu tədbirin Atatürkün vəfatının ildönümündə keçirilməsinin təsadüf olmadığını söyləyib. O bildirib ki, Əli bəy Hüseynzadə Atatürkün müəlliminin müəllimi olub, onların hər ikisi türkləşmək, islamlaşmaq, avropalaşmaq düşüncəsi ilə yaşayıb-yaradıblar.

Kitabın müəllifləri millət vəkili Qənirə Paşayeva və “Ədəbiyyat qəzetinin baş redaktor müavini Azər Turan əsərin yaranması tarixindən söz açıblar. Q.Paşayeva Ə.Hüseynzadənin qızı feyzəvər xanımın atasının əlyazmalarını, rəsm əsərlərini Azərbaycana təqdim etmək qərarına gəldiyini açıqlayıb: "Biz istəyirik ki, Bakıda Əli bəy Hüseynzadə, onun övladları Səlim Turan feyzəvər xanımın əsərlərinin sərgisini keçirək. Mədəniyyət turizm naziri Əbülfəs Qarayev bu təklifi böyük maraqla qarşılayıb, hazırda bu istiqamətdə hazırlıq işləri aparılır". Sonra çıxış edən professor Nizami Xudiyev Ə.Hüseynzadənin Peterburq fəaliyyətinə daha çox diqqət yetirməyin vacibliyindən danışıb. O bildirib ki, ruhani təhsili alan, ərəb fars dillərini bilən Hüseynzadə Peterburqda fizika-riyaziyyat fakültəsini, İstanbulda isə tibb fakültəsini bitirib, dəri-zöhrəvi, vəba kimi indi müalicəsi çətin olan xəstəliklərin müalicəsi ilə məşğul olub. N.Xudiyev Ə.Hüseynzadənin publisist kimi fəaliyyətini, onun nəşr etdiyi "Füyuzat" jurnalını da xüsusi qeyd edib.

 Təqdimat mərasimində Yazıçılar Birliyinin katibləri Arif Əmrahoğlu, Rəşad Məcid, “Ədəbiyyat qəzetinin baş redaktoru Ayaz Vəfalı, “Ulduzjurnalının baş redaktoru Elçin Hüseynbəyli, professor Qəzənfər Paşayev, "Zaman-Azərbaycan" qəzetinin baş redaktoru Enes Cansever, jurnalist Sevil Nuriyeva və başqaları Əli bəy Hüseynzadənin ədəbi-ictimai fikir tariximizdəki böyük xidmətlərindən, onu çağdaş nəslə gərəyincə tanıtmağın vacib olduğundan danışıblar.    

 

 

Ədəbiyyat qəzeti.-2009.-13 noyabr.-S.6.