"Əli bəy Hüseynzadə Turan" kitabı Ankarada təqdim olundu

                                                                                                           

Ankarada XXI yüzil İnstitutunda keçirilən "Əli bəy Hüseynzadə Turan" kitabının təqdimat mərasimini institutun başqanı dr. prof. Ümid Özdağ açaraq Əli bəy Hüseynzadənin bütün türk dünyasının ortaq mənəvi dəyəri olduğunu vurğuladı.

Kitabın müəllifləri Qənirə Paşayeva Azər Turan Əli bəy Hüseynzadənin türkçülük tarixində gördüyü işlərin əhəmiyyətindən danışdılar. Bu kitabın Əli bəy Hüseynzadənin dünyamızda yaşayan yeganə varisi, dahi mütəfəkkirin qızı Feyzavər Alpsarın tövsiyəsi məsləhətləri ilə qələmə alındığı bildirildi.

Tədbirdə çıxış edən Feyzavər Alpsar Əli bəyin fikirlərini çağdaş gəncliyə tanıtdırmaq baxımından böyük əhəmiyyət daşıyan bu kitaba görə onun müəlliflərinə minnətdarlığını bildirdi Azərbaycanda Əli bəy Hüseynzadə irsinə dövlət səviyyəsində göstərilən qayğıdan məmnun qaldığını vurğuladı. 

Millət vəkili Rəbiyət Aslanova, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, telejurnalist Mirşahin Ağayev, Türk hava Kurumu 22-ci genel başkanı, Hava Pilot korgeneralı Erdoğan Karakuş, Başbakanlıq sabiq müstəşarı Yaşar Yazıçıoğlu, sabiq dövlət bakanı Abdulhalık Çay, Qazi Universitetinin professoru Ahmed Bican Ercilasun, jurnalist Nuriyə Akman başqaları çıxış edərək türk aləmi üçün misilsiz əhəmiyyət kəsb edən türkləşmək, islamlaşmaq, avropalaşmaq təliminin yaradıcısı olmuş dahi şəxsiyyət - filosof, publisist, şair, həkim, naşir, siyasət adamı Əli bəy Hüseynzadənin fikir tariximizdəki yerindən danışdılar. Bir millət iki dövlətin - Azərbaycanla Türkiyənin ortaq çıxarları barədə fikir bölüşdülər.

 "Əli bəy Hüseynzadə Turan" kitabı Bilkənd Universitetində müzakirə olundu. 

Müzakirədə millət vəkilləri Rəbiyət Aslanova, Qənirə Paşayeva, tədqiqatçı Azər Turan, İstanbul Universitetinin professoru İbrahim Yıldırım çıxış etdilər.

Sonda Feyzavər Alpsar Turan professor müəllim heyətini maraqlandıran sualları cavablandırdı.

 

 

 S.Əsgərli

 

Ədəbiyyat qəzeti.-2009.-20 noyabr.-S.5.