Cəlil Məmmədquluzadə - 140

 

C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikasının Ədəbiyyat Muzeyində yazıçı, dramaturq, publisist ictimai xadim Cəlil Məmmədquluzadənin 140 illiyinə həsr olunmuş "C.Məmmədquluzadə əsərləri Naxçıvan teatrlarında" mövzusunda elmi-ədəbi konfrans keçirilmişdir.

Muzeyin direktoru Sübhi Kəngərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yazıçının 140 illik yubileyi haqqında imzaladığı sərəncamın əhəmiyyətindən danışdı. AMEA Naxçıvan bölməsi İncəsənət, Dil Ədəbiyyat İnstitutunun əməkdaşı Ələkbər Qasımov C.Məmmədquluzadənin Naxçıvan teatrlarında tamaşaya qoyulan əsərlərindən, C.Məmmədquluzadənin ev muzeyinin direktoru Yaqut Mehdiyeva ümummilli liderimiz Heydər Əliyevin Mirzə Cəlil irsinə diqqət qayğısından, muzeyin şöbə müdiri İradə Məhərrəmova yazıçının ədəbi-bədii yaradıcılığının ədəbiyyat muzeyi vasitəsilə təbliğindən danışdılar, C.Məmmədquluzadənin "Çay dəstgahı" tamaşası M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında göstərildi. Tədbirdə Naxçıvan Muxtar Respublika Mədəniyyət Turizm Nazirliyinin məsul işçisi Gulbuta Babayeva da iştirak edirdi.

Sonda iştirakçılar "C.Məmmədquluzadə - 140" başlıqlı sərgi ilə tanış oldular. Sərgidə yazıçının həyat yaradıcılığını əks etdirən müxtəlif fotoşəkillər, kitablar, sənədlər, xatirə əşyaları, əsərlərinə çəkilmiş illüstrasiyalar öz əksini tapmışdır.

 

 

İradə Məhərrəmova

 

Ədəbiyyat qəzeti.-2009.-20 noyabr.-S.4.