Xuraman Vəfa-50
Hörmətli Xuraman xanım!
Sizi - istedadlı şairimizi 50 yaşınızın tamam
olması münasibətilə
təbrik edirik.
Siz bədii yaradıcılığa
ötən əsrin
70-ci illərində başlamısınız.
İlk qələm təcrübələriniz 1977-ci ildə "Azərbaycan qadını" jurnalında
oxuculara təqdim edilmişdir. Vaxtaşırı
mətbuatda çıxış
etmisiniz. İlk kitabınız "Səni,
sənsiz" 1995-ci ildə
işıq üzü
görmüşdür. "Soraqlı könlüm",
"Sevənlər bilər",
"Bir gün dönəcəksən", "Taleyimiz, yaddaşımız",
"Bir ömür azdır mənə" kitablarının müəllifisiniz.
"Məhəbbət çətin
şeydir" adlı
kitabınız Tbilisidə
gürcü dilində
nəşr edilmişdir.
Son vaxtlar nəsrə də müraciət etmisiniz.
Azərbaycan İqtisad Universitetini və Bakı Dövlət Universitetini bitirmisiniz. Meliorasiya və Su Təsərrüfatı Nazirliyində, Dövlət Yanacaq Komitəsində məsul vəzifələrdə işləmisiniz. 2003-cü ildən təsisçi olduğunuz "Vəfa" ədəbi bədii, elmi-ictimai jurnalının baş redaktorusunuz. Ədəbi uğurlarınıza görə "Qızıl qələm", "Akademik Yusif Məmmədəliyev", "Məhsəti Gəncəvi" mükafatlarına layiq görülmüsünüz.
Hörmətli Xuraman xanım!
Sizi bir daha yarıməsrlik yubileyiniz
münasibətilə təbrik
edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni
yaradıcılıq uğurları
arzulayırıq.
Azərbaycan
Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.-2009.-20
noyabr.-S.4.