Yazıçılar Birliyində

 

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Qəşəm Nəcəfzadənin anadan olmasının 50 illiyinə həsr olunmuş tədbir keçirildi. Mərasimi şair-tərcüməçi Səlim Babullaoğlu açaraq şairin həyat yaradıcılıq yolundan danışdı.

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu, tanınmış şairlərdən İlyas Tapdıq, Fikrət Sadıq, Oqtay Rza, eyni zamanda, Mahirə Abdulla, Səxavət Talıblı, Fərqanə, Aləmzər Sadıqova, Məlahət Yusifqızı, Sevil Gültac, Qismət, Kəramət Böyükçöl, Xuraman Vəfa, Xanım İsmayılqızı, tənqidçi Vaqif Yusifli başqaları Q.Nəcəfzadənin yaradıcılıq yolundan danışdılar. Onun 80-ci illərdə, hələ Gəncə Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsində oxuyarkən ədəbiyyata qədəm qoyduğunu, yazıçı Qərib Mehdinin "İlham" ədəbi Birliyinin ən fəal üzvü olduğunu bildirdilər.

Mərasimdə Q.Nəcəfzadənin "Pərvanə" ədəbi məclisinə rəhbərlik etdiyi, neçə-neçə şair həmkarının yaradıcılıq yoluna bələdçi olduğu önə çəkildi.

Xalq artistləri Flora Kərimova Niyaməddin Musayev şairin yubileyini mahnılarla təbrik etdi, qiraət ustaları şeirlərini oxudu.

Tədbirdə şairin "Şirvannəşr" çapdan çıxmış yeni "Oğlum, qapını , qapıda bir külək ölür" kitabı da təqdim olundu.

Sonda şair tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi, yeni şeirlərini oxudu.

 

 

S.Aranlı

 

Ədəbiyyat qəzeti.-2009.-20 noyabr.-S.4.