“Bayatı yağmuru”
Bu
günlərdə AYB-nin Natəvan klubunda Cabir Umudun
"Bayatı yağmuru" adlı kitabının təqdimat
mərasimi keçirildi.
Mərasimi
giriş sözü ilə açan və idarə edən
şair Məmməd Aslan öncə bizim folklorumuzda, xalq ədəbiyyatımızda
bayatının tutduğu siqlətli, dəyərli yerdən
konkret nümunələrlə danışdı, sonra redaktoru
və ön söz müəllifi olduğu "Bayatı
yağmuru" kitabının özəlliklərinə
toxundu.
Mərasimdə
iştirak edən folklorşünas alim, professor Qəzənfər
Paşayev tədqiq etdiyi, toplayıb araya-ərsəyə gətirdiyi
“İraq-Kərkük bayatıları”nın timsalında Azərbaycan
bayatılarına elmi münasibətini bildirib bu fonda C.Umudun
yeni kitabını dəyərləndirdi. Qeyd etdi ki, təqdim
olunan kitabda dilimizin saflığı, düşüncəmizin
aydınlığı var.
Yazıçı-publisist
Flora Xəlilzadə dil baxımından mükəmməlliyini
vurğuladı, kitabdakı bayatılardan misallar gətirdi.
Şairlərdən
Adil Cəmil, Məmməd İlqar, Xatirə, Yusif Hüseyn,
İdris Verdiyev, jurnalist Şəfəq Sultan, "Azərsu
SC"nin məsul işçisi Vəliyəddin
İsmayılov və b. çıxış edərək təqdim
olunan bayatılar kitabına təhlili münasibətlərini
bildirdilər.
Sonda Cabir Umud iştirakçılara, xüsusən də bu kitabın işıq üzü görməsinə qayğısını əsirgəməyən Məmməd Aslana - orta məktəb müəlliminə dərin təşəkkürünü bildirdi.
Ədəbiyyat
qəzeti.-2009.-20 noyabr.-S.6.