Uolt Uitmən

 

Amerika şairi Uolt Uitmən 1819-cu il may ayının 31-də Lonq Aylend adasındakı Uest-hilliz adlanan kənddə, fermer-dülgər ailəsində dünyaya gəlmişdir.

Uest anadan olandan sonra ailəsi Uest-hillizdə dolana bilməyib yaxınlıqdakı Bruklin şəhərinə köçmüşdür. Şairin atası Uolter Uitmən və böyük qardaşları burada dülgərlik edirlər.

Uoltun anası Luiza Uitmən zəhmətkeş, mehriban və qayğıkeş bir qadın idi.

Uolt 1836-cı ildə Nyu-Yorka gəlir, müxtəlif qəzetlərdə fəaliyyət göstərir. Bir müddət "Lonq-Aylend" adlı qəzet nəşr edir.

Uitmən bu qəzetin müəllifi, redaktoru, mürəttibi, çapçısı idi.

Sonralar Uitmən müxtəlif qəzet və jurnallarda redaktorluq, əməkdaşlıq etmişdir.

1848-ci ildən etibarən Uitmən öz yolu, öz dəst-xətti olan bir şair kimi tanınmağa başladı.

Uitmənin sərbəst şeirləri hər cür vəzn məhdudiyyətindən azaddır. Müəllif əsl şeriyyəti birinci növbədə məzmunda, təsvir olunan fikirdə, idealda axtarır.

Biz iki cür Amerika tanıyırıq - biri burjua Amerikası, Uitmənin sözləri ilə desək, siyasətçilər, şöhrətpərəstlər, mənsəbpərəstlər Amerikası, ikincisi, Amerikanın milyonlarla sadə adamlarının adından burjua demokratiyasının saxtakarlığını və imperialist fitnəkarlığını ifşa edən Cek Londonlar, Mark Tvenlər, Drayzerlər Amerikası.

Uolt Uitmən ikinci Amerikanın nəğməkarıdır.

 

 

Ədəbiyyat qəzeti.-2009.-23 oktyabr.-S.3.