Sən bir Nizamiydin, bir vətən oldun

 

Mən səni seçmişdim

neçə il qabaq,

mən onda - gənc şair,

bir az da qıvraq,

sən yeni bir nəslin

ilk nəğməsiydin,

bir ali məktəbin tələbəsiydin.

 

Bu misralar xalq şairi Nəriman Həsənzadənin bu yaxınlarda "Şirvannəşr" nəşriyyatında çap olunmuş "Nizami" poemasındandır.

Əsər mütəfəkkir alim, Azərbaycan MEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovun 50 illiyi münasibətilə qələmə alınmışdır. Nəriman Həsənzadə kitaba yazdığı qısa müəllif sözündə əsərin yaranma tarixi barədə maraqlı bir epizodla Nizami Cəfərovun onun üçün qədər doğma insan olduğunu göstərmişdir: "İlk gəncliyindən ürəyimdə ayrıca yeri, bənzərsiz gülüşləri olan bu insanın həyatı çox da nikbin keçməyib…"

Şair professor Nizami Cəfərovun həqiqətən çox da nikbin keçməyən həyat yaradıcılıq yolundan, bir ictimai xadim kimi formalaşmasından özünəməxsus lirik üslubu ilə bəhs edir.

Poemanı oxuduqca şairin təqdim etdiyi lirik parçalar günümüzün həyati məqamları kimi göz önündə canlanır. Professor Nizami Cəfərovun gənclik illərindən başlayaraq millətin kimliyi, elm mədəniyyəti, ədəbiyyatı sahəsində zəngin bənzərsiz fəaliyyətindən poetik mənzərələr diqqəti o mübarizəli illərə yönəldir:

 

Səni daşladılar, çəkdi vurha-vur,

Deyirlər daşlanan daş heykəl olur.

Bəlkə heykəlini yonurmuş Zaman,

Ehtiyat edirmiş daş azlığından.

 

Bu misralar böyük alimin gəncliyində tənqid ədəbiyyatşünaslıqda fərqli (həm milli) bir çalışma, araşdırma təqdim etdiyi vaxtlarda düşüncələrinin bəzi antaqonistlərdə necə etirazlar doğurduğunu göstərir.

bir su içimi kimi oxunan poemada Nəriman Həsənzadənin bildiyimiz keşməkeşli həyat yaradıcılıq yolunu nəzərə alsaq, bir həmfikrin, ağsaqqal dostun, Vətən şairinin düşüncələrində qədər duyğusal, həm mübarizələrin fövqündə dayanan millət övladının bütün cizgiləri ilə tanınan portreti var.

Əsərdə Nizami Cəfərovun ictimai xadim kimi Azərbaycan, ümumən Türk dünyası üçün qədər önəmli şəxsiyyət olduğu poetik-lirik təzahürünü tapmışdır:

 

Türklərin türk dili qurultayına orda,

Türkiyədə sən sədr oldun.

Azadlıq sənin düşdü payına,-

Sən bir Nizamiydin, bir vətən oldun.

 

Yaxud başqa bir misrada isə haqlı olaraq Nizami Cəfərov türk dili ustadı kimi təqdim olunur. Bunu çoxları bilir, amma böyük şairimiz Nəriman Həsənzadənin qələmində daha uyğun, səmimiyyətlə eyni zamanda daha orijinal tərzdədir:

 

Dolaşa düşürüb sən yuvadan,

Quşa quş dilini öyrətmədinmi?

 

Bu həm (bizim bildiyimiz) bir qənaətdir.

 

 

Dəyanət Osmanlı

 

Ədəbiyyat qəzeti.-2009.-2 oktyabr.-S.5.