Daşkənd: Səttar Bəhlulzadənin sərgisi

 

Azərbaycanın xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adı təkcə Azərbaycanda deyil, ondan kənarlarda da yaxşı tanınır. O, Avropada fərdi sərgisi olan ilk Azərbaycan rəssamıdır. S.Bəhlulzadənin əsərləri müasir Azərbaycan boyakarlığı sərgiləri fərdi sərgilər çərçivəsində Moskva Leninqrad, Kiyev Riqa, Tbilisi Kişinyov, İstanbul London, Paris Neapol, Vyana Berlin, Monreal Havana, Qahirə Dəməşq, Beyrut Bağdad şəhərlərində nümayiş edilmişdir.

Rəngkar qrafik Səttar Bəhlulzadə Azərbaycan təsviri incəsənətində lirik mənzərə janrının banisidir. Onun rəsmlərində Azərbaycan mədəniyyətinin qədim ənənələri müasir dünyagörüşü sintezi öz əksini tapmışdır. Rəssamı fransız impressionistləri ilə müqayisə edirlər, onun əsərlərində puantilizm elementlərinin olması barədə fikirlər söylənilmişdir.

YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008-2009-cu illərdə görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinYUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” 31 yanvar 2008-ci il tarixli sərəncamını əsas tutaraq ölkədə silsilə tədbirlər həyata keçirilir. Özbəkistandakı səfirliyimiz görkəmli rəssamın 100 illik yubileyi ərəfəsində qardaş özbək xalqını Səttar Bəhlulzadənin yaradıcılığı ilə daha yaxından tanış etmək qərarına gəlmişdir.

Sentyabrın 11- Daşkənd şəhərində Özbəkistan Rəssamlıq Akademiyasının Mərkəzi sərgi salonunda Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilmişdir. Sərgi səfirliyin təşəbbüsü təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi, elecə Özbəkistan Respublikası Mədəniyyət İdman Nazirliyi, Özbəkistan Rəssamlıq Akademiyasının birgə səyləri ilə təşkil olunub.

Sərginin açılış mərasiminə Özbəkistanın dövlət idarələrinin, ictimai təşkilatların rəhbərləri, mədəniyyət xadimləri, Daşkənddə akkreditə olunmuş səfirliklərin xarici nümayəndəliklərin başçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycan diasporunun fəalları dəvət olunmuşdu. Tədbiri giriş sözü ilə Özbəkistan Rəssamlıq Akademiyasının sədri Tursunəli Kuziyev açmış, bu sərginin 1991-ci ildən sonra Özbəkistanda Azərbaycan rəssamının ilk irimiqyaslı sərgisi olduğunu, bundan sonra da belə tədbirlərin davamlı olacağını vurğulamışdır. O, Azərbaycan-Özbəkistan mədəni əlaqələrindən söhbət açaraq, belə müştərək təbdirlərin dəyərli olduğunu qeyd etmişdir.

Səfirlik adından çıxış edən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Müvəqqəti işlər vəkili, müşavir Akif Əliyev Azərbaycan - Özbəkistan əlaqələrinin genişlənməsində mədəni tədbirlərin rolu yeri, sərgininAzərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında humanitar sahədə əməkdaşlıq barədə Sazişi çərçivəsində irimiqyaslı tədbir olmasından danışmışdır. A.Əliyev belə sərgilərin iki qardaş xalqa biri birinin təsviri sənət tarixi, müasir dövrdə incəsənətdəki yeni cərəyanlarla tanış olmaq, incəsənət nümunələrinə sadəcə kataloq internet saytları vasitəsilə deyil, vahid zaman məkan çərçivəsində tamaşa etmək imkanı verdiyini söyləmişdir. O, həmçinin Özbəkistan Bədii Akademiyasının rəhbərliyinə hərtərəfli dəstəyə görə öz təşəkkürünü bildirmişdir.

Daşkənddə Azərbaycan diasporunun fəallarından olan rəssam-dizayner Zaur Mansurov çıxışında S.Bəhlulzadənin yaradıcılığı, Azərbaycan hökumətinin rəssamın sənətinə verdiyi yüksək qiymət barədə müfəssəl məlumat vermişdir. Eyni zamanda S.Bəhlulzadənin dünya incəsənətinə verdiyi töhfə barədə geniş nitq söylədi.

Rəssamın ailə üzvü P.Abdinova S.Bəhlulzadənin həyatı, ondan miras qalan əsərlərin yaranış tarixindən, Səttar Bəhlulzadənin həyat yaradıcılığının öyrənilməsində onun gündəliklərinin əhəmiyyətindən söz açmışdır. Qeyd etmişdir ki, hələ tələbəlik illərində yazmağa başladığı gündəliklərində rəssam öz gördükləri düşündüklərini əks etdirmiş, bir çox səhifələrində qələm flomasterlərlə eskizlər çəkmişdir. Rəssamın dünyagörüşünün formalaşmasının öyrənilməsində onun gündəliklərinin böyük rolu var.

Çıxışlardan sonra rəssamın sağlığında çəkilmişBu, Səttar Bəhlulzadədir” (ssenari müəllifi Anar) sənədli film nümayiş olunmuşdur. Filmin süjet xəttinin orijinallığı tədbir iştirakçılarının marağına səbəb olmuşdur.

Sərgiyə marağın artırılması, geniş ictimaiyyətə rəssam barədə ətraflı məlumatın verilməsi məqsədi ilə tədbir iştirakçılarına səfirlik tərəfindən hazırlanmış rəngli bukletlər paylanmışdır. Eləcə şəhərin müxtəlif yerlərində poster banner hazırlanıb asılmışdır. Tədbir Azərbaycan diasporunun fəallarından olan musiqiçi İ.Abdullayevin ifasında lirik Azərbaycan musiqi sədaları ilə tamamlanmışdır. Sentyabrın 20-dək davam edəcək sərgidə rəssamın yaradıcılığının müxtəlif dövrlərinə aid rəngkarlıq qrafik əsərlərinin reproduksiyaları nümayiş olunur. Nümayiş olunanNardaran”, “Pirşağı qumu”, “Naxçıvan xatirələri”, “Leyli”, “Dağlar buludlar”, “Qara tut ağacı”, “Güllər meyvələr başqa əsərlər S.Bəhlulzadənin yaradıcılığını tam xarakterizə etməsə , rəssamın dəst-fətti, üslubu haqqında məlumat verir. Sərgidə nümayiş olunan rəsm əsərlərindən başqa bir neçə stend hazırlanıb. Stendlərin biri rəssamın gənclik illərində, həmkarları ilə birlikdə, etüd zamanı çəkilmiş fotolarından ibarət idi. Digər stenddə Bəhlulzadə yaradıcılığının şah əsərlərinin fotoları nümayiş olunurdu. Tanınmış rəssamı təsvir edən rəsm heykəllərin fotoşəkillərindən ibarətSəttar Bəhlulzadə müasirlərin gözü iləstendi böyük maraq doğurmuşdur.

 

 

Ədəbiyyat qəzeti.-2009.-2 oktyabr.-S.1.