Ədəbiyyat üzrə Nobel mükafatını alman yazarı Herta Müller aldı

 

2009-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatı alman yazarı Herta Müllerə verilib.

Rəsmi məlumata görə, o, bu mükafata əsərlərində yoxsulluğun panoramasını təsvir etdiyinə görə layiq görülüb. Müller 1953-cü ildə Rumıniyada alman ailəsində anadan olub. Timişior Universitetini bitirib, Rumıniya və alman ədəbiyyatı üzrə mütəxəssisdir.

1976-cı ildə zavodda tərcüməçi işləməyə başlayıb, amma gizli polislə əməkdaşlıqdan imtina etdiyi üçün iş yerini itirib. Uşaq bağçasında işləyib, fərdi şəkildə alman dili dərsi deyib.1987-ci ildə əriylə birgə Qərbi Almaniyaya köçüb. Universitetdə mühazirələr oxuyub. Berlində yaşayır. O, 18 roman povestin müəllifidir. 20-dən çox nüfuzlu mükafatın sahibidir.

Onun kitabları dünyanın 20-dən çox dilinə, o cümlədən çin, türk ispan dillərinə tərcümə olunub. Həm şeir yazır, həm nəsr əsərləri. Nobel mükafatından qabaq 1999-cu ildə Frans Kafka adına mükafata layiq görülüb. Rumıniyada senzuraya uğradığı üçün əsas əsərləri Almaniyada çap olunub. Güzgüdə oturan İblis”, “Aclıq ipək” (esselər), “Bir ayaq üstə səyahət”, “Tələdə sairdir.

Mükafatın təqdimetmə mərasimi dekabrın 10-da Nobel mükafatının təsisçisi Alfred Nobelin vəfat etdiyi gündə təqdim olunacaq. Mərasim Stokholm Osloda keçiriləcək. Müller mükafatı alan 12-ci qadın yazardır.

 

 

Ədəbiyyat qəzeti.-2009.-9 oktyabr.-S.8.