Oyanan Şərqin vicdan səsi

 

Məlum olduğu kimi, Azərbaycanın mədəni ictimai fikrinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin respublika səviyyəsində layiqincə qeyd olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev 6 fevral 2009-cu il tarixdə sərəncam imzalamışdır. Bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün cari ilin əvvəlindən bütövlükdə ölkəmizdə, xüsusilə ədibin vətəni olan Naxçıvan Muxtar Respublikasında müxtəlif səpkili tədbirlər keçirilmiş, ədibin xatirəsi yad olunmuş, universitetin Tələbə Teatr Studiyasının quruluşunda məşhur "Ölülər" tragikomediyası səhşnələşdirilərək geniş tamaşaçı kütləsinə təqdim olunmuşdur.

Silsilə tədbirlərin davamı olaraq Naxçıvan Dövlət Universitetinin Jurnalistika dünya ədəbiyyatı kafedrası "Cəlil Məmmədquluzadə müasir dünyaya baxış" adlı elmi konfrans təşkil etmişdir.

Rektor, akademik, görkəmli mirzəcəlilşünas İsa Həbibbəyli tədbiri giriş sözü ilə açmış, böyük ustadın millətinin cəhalətdən, mövhumatdan, gerilikdən qurtarmaq yolundakı yorulmaz fəaliyyətindən ətraflı danışmış, Mirzə Cəlil yaradıcılığını "oyanan Şərqin vicdan səsi" kimi qiymətləndirmişdir. Natiq qeyd etmişdir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist ictimai xadim Cəlil Məmmədquluzadənin zəngin irsi, bədii-estetik düşüncəsi tariximizin parlaq səhifələrindəndir.

Sonra söz çıxışçılara verilmişdir. Jurnalistika dünya ədəbiyyatı kafedrasının müəllimi, tarix elmləri namizədi Vaqif Məmmədov "Molla Nəsrəddin" erməni xisləti", "Curnalistika dünya ədəbiyyatı" kafedrasının müəllimi, filologiya elmləri namizədi Şəhla Şirəliyeva "Cəlil Məmmədquluzadə yaradıcılığının ekran həyatı", həmin kafedranın baş müəllimi, filologiya elmləri namizədi Xumar Məmmədova "Molla Nəsrəddin" mövzusu müasir Amerika elmi-ədəbi mənbələrində", kafedra müdiri, filologiya elmləri namizədi Seyid Surə "Satirik gülüşün qüdrəti", universitetin Mətbuat şöbəsinin müdiri, filologiya elmləri namizədi Mehriban Sultan "Cəlil Məmmədquluzadə demokratik cəmiyyət quruculuğu tariximiz" mövzularında məruzələr etmişlər. Qeyd olunmuşdur ki, klassik Azərbaycan dünya bədii fikir ənənələrindən, xalq yumorundan məharətlə bəhrələnən sənətkarın milli oyanışa səsləyən yaradıcılığı həm Qafqaz xalqlarının, həm bir sıra Şərq ölkələrinin ədəbiyyatlarına böyük təsir göstərmişdir. Vurğulanmışdır ki, ədibin yüz il əvvəl yaratdığı "Ölülər", milli vəhdət ideyasının carçısına çevrilmiş "Anamın kitabı", eləcə digər dram, nəsr publisist əsərləri Azərbaycanın çoxəsrlik söz xəzinəsinin qiymətli incilərini təşkil edir.Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu naşirliyi ilə çap olunan "Molla Nəsrəddin" jurnalının ölkənin ədəbi-publisistik həyatında müstəsna rol oynamasından, milli məfkurənin formalaşmasına layiqli töhfə verməsindən bəhs olunmuşdur.

Konfrans tələbələrin ifasında Mirzə Cəlilin əsərlərindən parçaların qiraəti ilə yekunlaşmışdır.

Tədbirdə Cəlil Məmmədquluzadənin həyat yaradıcılığını əks etdirən videoslayd da nümayiş olunmuşdur.

 

 

Nərmin CƏFƏROVA

 

Ədəbiyyat qəzeti.-2009.-9 oktyabr.-S.8.