Fədakar alim

 

"Naxçıvanın həqiqi ədəbiyyat pərəstişkarlarının doğma müqəddəs evi, mənəvi sərvətlərimizin Naxçıvandakı yeganə xəzinəsi olan, böyük Mirzə Cəlilin adını daşıyan muzeyimiz bu dəfə gözümə təzə dəydi, zəngin göründü. Son aylar muzey çoxlu qiymətli materiallar alıb. Cavidin təzə büstü, "Şeyx Sənan"a həsr olunmuş rəsm əsəri, Nizami füzuliyə dair əlyazmalar muzeyin əhəmiyyətini artırırBizi bura daha çox çağırır. Sidqinin ailəsinə dair şəkli ilk dəfədir görürəm. Bugünkü marağımın sevincimin mənbəyi bu şəkildir. Yəqin ki, həmin şəkil, çoxları üçün naməlumdur.

 

Sağlıq olsun!.."

 

Bu sözlərin müəllifi 25 yaşında Naxçıvan Dövlət Universitetində müəllim işləyən, 30 yaşından bu günədək Azərbaycan klassik yazıçı şairlərinin, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyat yaradıcılıqlarını geniş təhlil təbliğ edən, hazırda Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin 26 iyul 1979-ci il tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat muzeyinin ekspozisiyası ilə tanışlıqdan sonra muzeyin təəssürat kitabına yazdığı ürək sözlərindən götürülmüşdür.

Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə ədəbi irsinin təbliğatçısı tədqiqatçısı İsa Həbibbəyli hələ gənc yaşlarından Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi ilə daim əlaqə saxlamış, muzey əməkdaşlarının müəllimi olmuşdur.

İsa müəllim dövrün ən fədakar Cəlil Məmmədquluzadə təbliğatçısı tədqiqatçısıdır. Eyni zamanda o, N.Nərimanov, M.T.Sidqi, M.Şahtaxtlı, M.H.Şəhriyar, A.Zamanov, M.Araz b. Azərbaycan yazıçı şairləri haqqında elmi məqalələr yazmış, kitablar nəşr etdirmişdir.

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor İsa Həbibbəyli muzeyləri özü üçün müqəddəs bir ocaq sayır, yeni nəşr olunan kitablarını avtoqrafla muzeylərə hədiyyə edir.

Muzeydə görkəmli ədəbiyyatşünas alimin "Ədəbi yüksəliş", "Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə", "Cəlil Məmmədquluzadə: mühiti müasirləri", "Mirzə Cəlil Məmmədquluzadələr", "Mollanəsrəddinçi karikatura ustasıOskar Şmerlinq", "Məmməd Araz", "Məhəmmədhüseyn Şəhriyar", "Müasirləri Abbas Zamanov haqqında", "Ədəbi-tarixi yaddaş müasirlik", "Naxçıvan Universitetinin yetirmələri" s. kitabları ekspozisiyada nümayiş etdirilir, fondda qorunub saxlanılır.

Müəllif tərəfindən kitabların titul səhifələrinə "Ustad Mirzə Cəlilin adını daşıyan bu ada layiq olan doğma muzeyimizə kiçik hədiyyə İsa Həbibbəylidən" sözləri yazılmışdır.

Filologiya elmləri doktoru, professor Abbas Zamanov İsa müəllimdə olan fitri istedada hələ gəncliyində çox yüksək qiymət vermiş, onun gələcəyinə böyük ümid bəsləmişdir.

Abbas müəllimin 1987-ci ildə ədəbiyyat muzeyinə yazdığı məktubların birində oxuyuruq: "Salam SübhiMöminə xatun məqbərəsinin şəkli qiyamətdir. Bundan beş-on nüsxə mənə göndərsəniz əla görmüş olarsınız. Bu mənim xaricdəki dostlarım üçün ən yaxşı hədiyyə olar. Siz tapa bilməsəniz İsa Həbib tapar. O, qoçaq adamdır, tapar. Hər hansı bir çətinlik onun qarşısında diz çökür. İsa Həbib aləmdir.

Muzeyin bütün kollektivinə salam göndərir, hamınıza uğurlar diləyirəm.

 

Sizin A.Zamanov".

 

Uzun müddət həyatını elmə bağlayan görkəmli alim məsul vəzifədə işləməklə bərabər Naxçıvan Dövlət Universiteti "Elmi əsərləri"nin, "Fikir" informasiya jurnalının baş redaktorudur. Jurnallarda dərc olunan yazılar qədim Naxçıvan diyarına, onun görkəmli nümayəndələrinə həsr olunan müxtəlif səpkili elmi ədəbi məqalələrdir.

Bu jurnallar, Mirzə Cəlil nəslinin davamçılarının fotoları, pedaqoji fəaliyyəti ilə bağlı sənədlər, kitablar, "Molla Nəsrəddin" jurnalına mollanəsrəddinçilərə həsr olunmuş yubiley materialları İsa müəllim tərəfindən muzeyə hədiyyə edilmişdir.

Hörmətli professorumuz muzeylərimizin ən yaxşı köməkçisi, məsləhətkeşidir.

Qarşıdan İsa müəllimin anadan olmasının 60 illik yubileyi gəlir. İlk mükafat dövlət başçımız tərəfindən bu yaxınlarda ona təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafında böyük xidmətlərinə görə fədakar alim İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin "Şərəf" ordeni ilə təltif edilmişdir.

Azərbaycan ədəbiyyatının inkişafında yüksəlişində misilsiz xidmətlər göstərdiyinə görə qayğıkeş, təvazökar, işgüzar, mədəni sadə insan, filologiya elmləri doktoru, professor İsa Həbibbəyliyə bütün kollektiv adından arzumuz budur: sizin düşünən beyniniz, döyünən ürəyiniz, görən gözünüz, yazan əlləriniz heç vaxt qüvvədən düşməsin. Azərbaycan xalqına ərməğan etdiyiniz ədəbiyyatşünaslıq elmi ilə bağlı əsərlərinizin sayı gün-gündən daha da artsın.

Tutduğunuz bu yolda sizə cansağlığı, uğurlar diləyirik.

 

 

Xanım İsmayılova

 

Ədəbiyyat qəzeti.-2009.-9 oktyabr.-S.6.