Vətən məhəbbəti məsafə tanımır
Haqqında
söhbət açmaq istədiyimiz Əlirza
Miyanalının tərcümeyi-halında mühacirət
sözü sanballı yer tutur. O, doğma yerlərdən
ayrıldığı çağlardan vətəndən
başlanan yaradıcılıq yolunu davam etdirmiş, qələmə
aldığı əsərləri ilə Güney ədəbiyyatında
ona bəslənən ümidləri inamla doğrultmuşdur. Təsadüfi
deyil ki, Əlirzanın yaradıcılığı barədə
ədəbi aləmdə sanballı çəkiyə malik
olan qələm sahibləri öz mülahizələrini
bildirməkdə cəsarətli addımlar atmışlar. Onların
sırasında Yəhya Şeyda, Azəroğlu, Söhrab
Tahir, Cavanşir Yusifli, Haşım Tərlan kimi nüfuzlu qələm
sahibləri də vardır.
Əlirzanın
mühacirətdə nəşr etdirdiyi "Venkuverdən
açıq məktub" adlı şeirlər toplusunda
çox düşündürücü bir etirafı
vardır:
Köçəri
quşlar kimi
Mən
də qonub - köçmədə.
Heç
yerdə, heç məkanda,
Bir
başa qalammıram.
Mühacirətin,
vətəndən uzaqlığın Əlirzada
doğurduğu nisgil və həsrət çox çəkilidir.
Şair anasından uzaq düşəndən sonra daim
köksündə kükrəyib coşan ayrılıq və
hicran hisslərini həmin mövzuya həsr etdiyi
misralarında çox təsirli ladda ötür:
Ana,
daha nə dərdimə alışacaqsan,
Nə
də sevincimə qarışacaqsan.
Axı
sən heç birin görməyəcəksən.
Əlirza
uzaq Kanadanın Venkuver şəhərinə
köçdükdən sonra bir sıra nəşriyyat və
mətbuat məsələləri ilə məşğul olsa
da, poetik məhsullar yaradan qələmindən bir gün belə
ayrı düşməmişdir. Təbii ki, yeni mühit bu
diyarda gəzib-dolaşan insanlara münasibətinə təsirsiz
qala bilməzdi. Lakin gerçək aləmlə təmasında
bir keyfiyyətə münasibətində dəyişilməz
qalmışdır. Bu da harada, hansı mühitdə
yaşamasından asılı olmayaraq, özünü vətənin
şair oğlu mövqeyində hiss etməsi olmuşdur. Şairin
"Qürbət duyğular" kitabında qələmə
aldığı mövzuların tərənnümündə
bu amilin həyati nəfəsi çox aydın cizgiləri ilə
duyulmaqdadır:
Hələ
qarşıdadı illər, fəsillər,
Bezib
ləngisəm də bəzən həyatda…
Bir
könül döyəcək durmadan hələ
Hələ
mən ünvanda, hələ mən adda.
Şairin
yaşadığı mühacir həyatının ona
tövsiyələri, sifarişləri rəngarəng və
çeşidlidir. Şübhəsiz ki, baş motivi müəyyənləşdirən
vətəndən, doğmalarının isti və munis nəfəsindən
uzaqlıqdır. Amma nəzəri cəlb edən ümdə
cəhət onu əhatə edən mühitin şairi təkliyə,
tənhalığa məhkum edə bilməməsidir. O,
qürbətdə qarşılaşdığı xoş təbəssümlü
bir insanla görüşdən məna aləmində vətənlə
qovuşmaq üçün güc və qüvvət
alır. Bu isə onun sənət dünyasından izsiz,
soraqsız ötüb keçmir.
Şairin
keçirdiyi bu hisslər misralarını dilə gətirir:
Tək-tənha
oturma, birdən yaz gələr,
Birdən
bahar gələr, bilməzsən, gülüm.
Eşikdən
səs-səda gəlir, oturma,
Gülər
üz görməsən gülməzsən, gülüm.
Əlirzanın
yaradıcılığı, sənətkar qayəsi ilə
tanış olanlar yaxşı bilirlər ki, şairin
misralarına yaşamaq, oxucularının məna
dünyasına yol tapmaq qabliyyəti bəxş edən
başlıca motiv doğma diyarının taleyinə
bağlılığıdır. O, bir söz əhli kimi inanır
ki, xalqının keçdiyi döyüş və mübarizə
yolları onu gec-tez səhərlərinin üfüqlərindən
xoşbaxt və azad yaşamaq əhval-ruhiyyəsi boylanan
çağlara aparıb çatdıracaqdır. O, bu müqəddəs
idealını oxucuları ilə bölüşdürmək
üçün çox uğurlu obyektə müraciət
edir. Yaradıcılığına dərin hörmət bəslədiyi
və xatirəsini əziz tutduğu şair Qaflantıya həsr
etdiyi şerinin misralarını bu istəyinin etibarlı
elçilərinə çevirir:
Ey
həməsrim, vətəndaş,
Qələmdaşım,
sənləyəm,
Yol
yoldaşım, sənləyəm.
Gəl
bir olaq, birləşək,
Gəl
ölməzlik naminə -
Birləşək
- ölməzləşək.
Birləşək
- millətləşək,
Biz
millətdə yaşayaq.
Şair
birləşib ölməzləşmək üçün
insanları şəxsi mənafeyin buxovlarından azad
olmağa, mənəm-mənəm demək kimi hikkələri
özlərinin daxili aləmlərindən
uzaqlaşdırmağa dəvət edir. Müəllifin
inamına görə əsl xoşbəxtliyi xalqın
ümumi səadətində tapmaq olar. Bunun üçün ən
mötəbər bünövrə isə birlikdir:
Təklikdən
uzaqlaş, tənhalıqdan qaç.
Yoxsa
öz içində yaşayacaqsan.
İnan
ki, nə qədər güclü də olsan,
Bir
adam yükünü daşıyacaqsan.
Yoxsa
alışmağın böyük də olsa,
Boşuna,
boş yerə alışmaq olar.
Başından
dağılsa insanlar əgər,
Gur
yanan ocaqda təkcə kül qalar.
Miyanalının
şeirlərindən birində onun ulu Tanrı ilə söhbəti
tərənnüm edilmişdir. Onun Tanrıdan ən sidqili təmənnası
vətənin çağırışına əks-səda
verənləri öz pənahında saxlamaqdan ibarətdir. Şeirdə
ümdə vurğulardan biri də ağır çəkili
bir məsələ üzərinə düşür. Özü
də şair bu xahişində bir qədər kövrək,
bir qədər təmənnalıdır:
Mənim xahişimə fikir ver bir az,
And olsun adına, dünya dağılmaz.
Millətin naminə öləni qoru,
Ölməyən kimisilə özün bilərsən.
Hamının pis günü, yaxşı günü var,
Di gəl ki, yaxşı, pis bəddə sınanar.
Vətən çağrışına gələni qoru,
Gəlməyən kimisilə özün bilərsən.
Şairin bir qədər intim səslənən bir arzusu da vardır. Yəni əslində onun bu istəyi tarixin hökmü ilə həqiqətə çevrilə bilər. Çünki dünyada bəşərin xoşbəxt günlərinə ağı kəsilən qüvvələr mövcud ikən bu istək yalnız bir arzu olaraq yaşaya bilər. Amma əsrlərin sınağından çıxmış müdrik bir hikmətli fikirdir. Cəmiyyətin gələcək bəxtəvər günləri barədə adətən şairlər uzaqgörənlik kimi ağır bir yükü çiyinlərində daşımaq əzabını qəbul etmişlər:
Məhəbbətdə uşaq olsam,
Nifrətdə müdrik qocayam.
Sözü millətdən almışam,
Sözdə özümdən ucayam.
Əlirzanın şifahi xalq ədəbiyyatına, xüsusilə
aşıq şerinə
gücünü, qüvvətini
onun dəruni aləmindən alan
sevgisi vardır. Bu səbəbsiz deyil.
Miyanalının mənsub olduğu
xalqın tarixində elə dövrlər olmuşdur ki, doğma dildə danışması da ona qadağan edilmişdi. Hətta ağbirçək
nənələr itirdikləri
ciyərparələrinin məzarları
başında analarının
beşik başında
onlara layla çaldığı dildə
ağı demək böyük günah hesab edilmişdir. Lakin heç bir qadağa və yasaq, əlləri qamçılı, tüfəngli,
nizəli qüvvələrin
susdura bilmədikləri
bir söz qəhrəmanı meydanı
tərk etməmişdir.
Məşhur ifadələrlə desək, həmin sazlı-sözlü nəğməkarın
ünvanı aşıq
çağırılmışdır.
Bu tarixi həqiqətlə
qələm sahibləri
daha yaxından
Sən ellər oğulsan, ellərdən güc al,
Sazınla, sözünlə yüksəlib ucal.
Yaşın çoxalsa da kim deyir qocal,
Qocalıq təkcə qoy yaşına gəlsin.
Bəzən saz deyəni dil deyə bilməz,
Qoyma qüssə, kədər başına gəlsin.
Şair kitabının ikinci hissəsini "Qərib duyğular" adlandırmışdır. Bu bölmədə dərc olunmuş şeirlərin başlıca poetik ahəngini vətəndən uzaq düşməyin, qürbətin doğurduğu əzabların tərənnümü təşkil edir. Bölmədə dərc olunan şeirlərin əhatə dairəsi çox genişdir. Vətəndə yaşanan günlərin yada düşməsi, həsrətin doğurduğu nisgil və həsrət tərənnüm üçün şairin qələminə bol material verir. Şairi ən çox düşündürən istədiyi zaman doğmalarının, hər qarışı ona dünya boyda sevinc və şadlıq bəxş etmiş vətən torpağının vüsalına nail ola bilməməsidir. Vətəndən uzaqlıq onun şair köksündə həsrət atəşi alışdırır.
Bu həsrətin doğurduğu əzab və iztirabların poetik həllini vermək üçün tapdığı təqdim formaları özlərinin cazibələri ilə oxucuda razılıq hissləri doğurur. O, vətənin vüsalına qovuşmağı bütün nisgil və həsrətlərini əritməyə qadir olan bir loğman hesab edir.
Şairin müşahidə aləmində Araza daha çəkili pay düşür. Şairin qənaətinə görə doğma torpaqdan axan hər çayın vətənin xislətində payı olur. Vüsal payı, çöl-çəmən payı, naz-nemət yetirmək payı və digər nemətlər. Təbiət Araza isə başqa bir xislət pay vermişdir. Azərbaycan poeziyasında bu payın ünvanı "fəraq" və "ayrılıq" kimi də qiymətləndirilir.
Əlirzanın şairanə qənaəti misralarında belə səslənir:
Vətən torpağından axan bu çaylar,
Axır vətənin xislət payından.
Odur, Araz çayı buna misaldır,
Axır bir millətin həsrət payından.
Mövzusundan, hansı münasibətlə qələmə alınmasından asılı olmayaraq, Əlirzanın poetik nəfəsinin şeir pərisi istədiyi vaxt qürbətdən söz açır.
Havası dəyişik, suyu dəyişik,
Torpağı dəyişik məkandı qürbət.
Ayağa demirəm, ürəyə batan
Zəhərli ox kimi tikandı qürbət.
Qürbətdə keçən günlərin xatırlanmasının hansı ovqata tuş gələcəyi aydındır. Bunu kökündən ayrılmış nəhal, budağından qoparılmış yarpaq, doğmalarından didərgin düşmüş insan da adlandırmaq olar. Dediyimiz o dəftəri vərəqləyərkən şairin köksündə tufan qoparan qasırğalar da az olmur:
Xatirə dəftərin varaqlayıram,
Payız yarpağı tək əsim-əsimdi.
Yaşamaq nə nədər şirin olsa da,
Az qala deyirəm: "mənim bəsimdi".
Qürbətin doğurduğu bütün
məhrumiyyətlərə, çətinliklərə, qalaq-qalaq
həsrət yükünə
baxmayaraq, şair gələcəyə inamla
baxır. Bu, çox yüksək qiymətləndirilməyə laiyq
olan sənətkar qayəsidir.
Sabir NƏBİOĞLU
Ədəbiyyat qəzeti.-2009.-9
oktyabr.-S.7.