Vətən
Bağlansa qollarım, dartıb açaram,
Yurdum deyə sənə doğru qaçaram,
Oğlum desən, qanadlanıb uçaram,
Çiçəklənib, boyun bəzərəm, Vətən.
Bulud kimi göz yaşımı
ələrəm,
Gül üzündən qəm tozunu silərəm,
Anasız körpətək sənsiz
mələrəm,
Qəmlər dənizində üzərəm,
Vətən.
Onda ki əllərim çatmadı sənə,
Ürəyim qanını qatmadı sənə,
O zaman ki, dilim
yatmadı sənə,
Dilimi kökündən üzərəm,
Vətən.
Sazımın mizrabı yad hava çalsa,
Fikrimi, duyğumu kəməndə salsa,
Gözdən iraq, yadlar ağlımı
alsa,
Baş götürüb onda tezərəm, Vətən.
Ağlar, ağlamaz
Bir ürək ikiyə bölünsə gülüm,
Yanar ayrılıqdan, ağlar,
ağlamaz?
Qalsa həsrət dünyada yar yarına,
Gecə-gündüz o, qan ağlar, ağlamaz?
Qardaşa qardaşdır pis gündə dayaq,
Kimsə sinə gərməz qardaşı sayaq,
Qasırğadan solsa çiçəkli bir bağ,
Gül becərən bağban ağlar, ağlamaz?
Qışın nəyi varsa qardı-küləkdi,
Yazın muştuluğu güldü, çiçəkdi,
İnsanı yaşadan arzu-diləkdi,
Ərzisini dansan, ağlar,
ağlamaz?
Əbutalib ALLAHYARİ
Ədəbiyyat qəzeti.-2009.-9
oktyabr.-S.7.