Yuxuların şirin yeri
Balasadıq-80
Mövlanənin
"Eyni dili qonuşanlar deyil, eyni könlü paylaşanlar
anlaşırlar" qənaəti bütövlükdə
Balasadığın dəstavüz etdiyi həyat kredosu idi.
Bu
məntiqin altyanısında tapardı
rahatlığını. Eyni dili qonuşanlardan daha çox eyni
könlü paylaşanlar idi onun dost-aşinaları.
Onun
üçün bu dostluğun ünvanı daha çox ədəbi
mühitdə sonuclanırdı - Qabilli, Fikrət
Sadıqlı, Ramiq Muxtarlı, Yusif Həsənbəyli, Azər
Abdullalı dünyasında.
İndi
qələm dostu Ramiq Muxtar ömründə bircə dəfə
ona qarşı diqqətsiz qaldığının
ağrısını çəkə-çəkə
söz açır ötüb-keçənlərdən:
"Harasa tələsirdim, vacib işim var idi. Yazıçılar
Birliyinin pilləkənlərini endiyim yerdə Balasadıqla
rastlaşdım. Dedi ki, Qabillə görüşəcəkdim,
tapa bilmədim. Gözləməsini məsləhət bilib
yoluma davam etdim. Ertəsi gün eşitdim ki, haqq
dünyasına qovuşub Balasadıq. Daha yoxdu, bir də
görüşməyəcək, dərdləşməyəcəyik.
İndinin özündə də özümə
bağışlaya bilmirəm ki, niyə həmin gün mən
onun yanından eləcə laqeyd ötüb keçdim. Nə
qədər vacib işim olsa da, gərək mən
dayanaydım, problemləri ilə maraqlanaydım. Bəlkə…
Bəlkə…"
Əslində
Balasadığın özü də bütün
ömrünü bu "bəlkə"lər məngənəsi
arasında yaşamışdı. Necə deyərlər,
natura etibarı ilə heç bu zəmanənin adamı
deyildi. Hansısa yad, ilkinliyi, munisliyi pas atmamış bir
planetdən paraşütlə enmişdi elə bil. Bu aləmdə
yaşayan onun cismi idi. Ruhu, düşüncəsi
özünün düzüb-qoşduğu, kəşf etdiyi
mistik bir aləmdə yaşayırdı. Elə o aləmə
də baş götürüb getdi. Barmaqla sayıla biləcək
beş-üç nəfər qələm dostu sanki onu bu
dünyaya bağlayan bağlar idi. Onlara ərk edirdi, onlarla paylaşırdı düşündüklərini.
İndinin özündə də dostları yanıb-yaxılırlar ki, niyə ədəbi aləmə gec qədəm basdı, gec tanındı Balasadıq? Qürurumu gec döydürdü bu sirli aləmin
qapısını ona,
yalnız ona bəlli olan düşüncələrinin şerin-sözün
dilinə düşüb
faş olacağından
çəkindimi? Olanı budu
ki, Balasadıq adlı mükəmməl
bir sənət yolçusundan indi çox az sayda
şeir nümunələri
qalıb əlimizdə.
Ömrü boyu loğvalıq nə olduğunu bilməyən,
dostlarının əsl
azərbaycanlı, etibarlı
sadiq dost, söz sərrafı kimi yad etdikləri,
şəxsiyyətini və
milli-mənəvi dəyərləri
ucadan uca tutan Balasadığın heç ali təhsili də yox idi. Ancaq onun
mənəvi bütövlüyünün,
əsl Şərq kişisi olaraq öz işini layiqincə yerinə yetirməsinin, ləyaqətinin
üzündən keçib
heç kəs məsələnin bu tərəfini ağartmadı.
Bu səbəbdən də 1969-1988-ci illər arasnıda "Azərbaycanfilm"
kinostudiyasında aktyor
şöbəsinin rəisi,
həmin studiyanın dublyaj qrupunda rejissor, "Oğuz eli" qəzetində poeziya və nəsr şöbəsinin
müdiri işlədi.
Bütün bu işlərdən
əvvəlsə o, sadəcə olaraq çilingər, elektrik qaynaqçısı kimi fəaliyyət göstərmişdi.
Çağdaş ədəbi
aləmi, dünya ədəbiyyatını şəxsi
mütaliə yolu ilə dərindən öyrənməsi ona ən böyük həyat universiteti olmuşdu. İlk şeirləri 1963-cü ildə
"Ədəbiyyat və
incəsənət" qəzetində
işıq üzü
görən Balasadığın
sonralar "Atəşgahda
möcüzə" kitabı
nəşr olunmuş,
"Karvan yolu" pyesi tamaşaya qoyulmuşdu. Görkəmli
müğənnimiz Zeynəb
Xanlarovadan bəhs edən tammetrajlı "Gündoğandan gələn
səs" filminin ssenari müəlliflərindən
biri də Balasadıq idi. "Bir divar ayırır
cənnətdən bizi
- biz hələ yalanın bu üzündəyik" dünyagörmüşlüyü
Balasadığın bütün
ədəbi nümunələrinin
qanında, mayasında
dövr edirdi. Yazırdı ki:
Bizim baba yurdu bir
damımız var,
Orda haqdan yanan bir
şamımız var…
Balasadığın yuxuları məhz
o baba yurdu
damın altında şirindən-şirin olardı, ürəyi orada sərinləyərdi.
Bir də Qabilli dünyasıyla baş-başa qalanda. Hər ikisi haqq dünyasında haqdan yanan şamın
işığındaca baş-başadı yenə. Bizsə divarın bu üzündən "bütün unudulmazlara salam olsun" təskinliyimizlə xatirə
daşıyıcılarına dönmüşük.
Sərvaz
Ədəbiyyat qəzeti.
- 2009. - 23 oktyabr. - S.5.