Yadigar xətt
SSRİ
EA Elmi Şurasının
Şərq ədəbiyyatşünaslığı
bölməsinin və
Ümumittifaq Şərqşünaslıq
Assosiyasiyasının üzvü
olmuş professor Əkrəm Cəfər mənalı ömrünün
son 30 ili ərzində Yaxın və Orta Şərq
Xalqları İnstitutunda
(indiki, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu)
fəaliyyət göstərmişdir.
Azərbaycanın məşhur orientalist
alimlərinin çalışmış
olduqları həmin elm məbədində, yeni ərəb ədəbiyyatının, məhcər
ədəbi məktəbinin
keçmiş SSRİ-də
ən mötəbər
və nüfuzlu tədqiqatçılarından biri olmuş, daim böyük hörmət və məhəbbətlə
yad etdiyimiz görkəmli şərqşünas,
professor Aida xanım İmanquliyeva özünün müəllimi,
ustadı hesab etdiyi Əkrəm Cəfərlə illər
boyu yanaşı, elm və sənət
zirvələrini fəth
etmişdir.
Həyatın axarı
elə gətirmişdi
ki, elmi-ədəbi yaradıcılıq
müstəvisindəki ünsiyyətləri
ilə bahəm, eyni zamanda, Əkrəm
Cəfər əziz Aida xanımla son dərəcədə mehriban və səmimi insani münasibətlərdə bulunmuşdur. Heç də təsadüfi
deyil idi ki, 1991-ci ilin yayında XX yüzilin dahi əruzşünas alimi dünyasını dəyişərkən, Azərbaycan
EA Rəyasət Heyətinin
qərarı ilə təşkil olunmuş ustadın dəfn komissiyasına məhz, Aida İmanquliyeva (akademik Ziya Bünyadovun
iştirakı ilə)
rəhbərlik etmişdi.
Həmin
kədərli matəm
mərasimi günlərində,
zəngin mənəviyyat
sahibi Aida xanım İmanquliyevanın
ocağımızı ziyarət
edərək, ailə
üzvlərimizə, o
sıradan, Əkrəm
Cəfərin ömür-gün
yoldaşı olmuş
məşhur "Didə"nin (Mirzə Nəsrullah bəy Qurbanbəyov) nəticəsi, mərhumə Badamxanım Cəfər qızına qəlbdən,
könüldən gələn
təsəllilər söyləməsi,
ürək-dirək verməsi indiyədək də kövrək notlarla xatirəmiz önündə canlanmaqdadır.
Biz, yaxın zamanlarda, Əkrəm Cəfərin arxivini - poeziyası ilə bağlı olan qovluqlarını araşdırarkən,
onun 1980-ci ildə ad günü münasibətilə, Aida
xanımın parlaq şəxsiyyəti və
yaradıcılığına ithafən yazmış olduğu "Allahın rübaisi" adlı füsunkar, romantik bir şerinə (A.İmanquliyeva tərəfindən üzü köçürülərək, alimə bağışlanılmış
əlyazma nüsxəsinə),
habelə, ustadın
"Aida İmanquliyevanın
"Mixail Nuaymənin
novellalarındakı realizm
haqqında" adlı
məqaləsinə rəy"
ünvanlı yazısına
rast gəldik.
Görkəmli şərqşünas
alim, gözəl insan, professor Aida xanım İmanquliyevanın dünya
səviyyəsində qeyd
edilən 70 illik yubileyi münasibətilə,
həmin ədəbi nümunələri möhtərəm
oxucuların nəzər-diqqətinə təqdim edərək, Şərq aləminin böyük elm fədailərinə ulu
Tanrıdan rəhmətlər
diləyirik. Ruhları
şad olsun!
Sokrat CƏfƏR
Ədəbiyyat qəzeti.-2009.-30
oktyabr.-S.3.