Azərbaycan həqiqətləri rus
müəllifinin gözü
ilə və ya tarixi saxtakarlıqlara
qarşı cəsur basqı
Rudolf Nikolayeviç İvanov Böyük Vətən mühairbəsi veteranı, professor, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Moskva şəhər Jurnalistlər İttifaqının və Rusiya Yazıçılar İttifaqının üzvü, Dağıstan Respublikasının Xunzax əyalətinin fəxri vətəndaşı, Naxçıvan Dövlət Universitetinin və AMEA-nın Tarix İnstitutunun fəxri doktoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, akademik İ.İ.Yuzvişin adına informatika üzrə beynəlxalq mükafatın, BMT-nin «Dünya İnformasioloqlarının Elitası» üzrə beynəlxalq konkursun laureatıdır.
R.İvanovun yaradıcılığında Rusiya imperiyası və Qafqaz tarixi barədə tədqiqatlar xüsusilə
böyük əhəmiyyət
kəsb edir. Məşhur rus tarixçi-qafqazşünasının
İmam Şamil, əfsanəvi Hacı Murad və Vəhşi
Diviziya haqqında kitabları, igid hərbiçi, jurnalist, yazıçı, general-leytenant
Maqsud Əlixanova
(1846-1907) həsr olunmuş
iki monoqrafiyası qiymətli elmi-sənədli ədəbiyyatlardır.
Rudolf İvanovun son əsərlərində
isə Azərbaycan tarixi, bu diyarın
unudulmuş tarixi şəxsiyyətlərinin, qəhrəmanlarının
həyat və fəaliyyəti öyrənilmişdir.
Onun “Bəyazidin müdafiəsi:
həqiqət və yalan” tarixi povestində
(2005) 1877-1878-ci illər rus-türk
müharibəsi, bu hadisələrin fonunda Bəyazid qalası ilə bağlı tarixi gerçəkliyi, Bəyazid epopeyasının
əsas qəhrəmanları
və qaləbənin
təminatçılarından olan cəsur sərkərdə İsmayıl xan və
Kəlbalı xan Naxçıvanskilərin döyüş
şücaətləri təsvir
olunur, tarixi sənədlər əsasında
bu şəxsiyyətlərə
bəraət verilir.
Müəllifin «Əlahəzrətin
general adyutantı» əsərində (2007) Rusiya
imperiyasının cəngavəri
general Hüseyn xan Naxçıvanskidən
(1863-1919), 700-dən artıq
arxiv sənədi əsasında yazdığı
«Sovet İttifaqı adından» (2007) əsərində
isə Naxçıvanskilər
nəslinin altıncı
və sonuncu generalı Cəmşid Naxçıvanskinin (1895-1938) faciəli həyatından bəhs olunmuşdur.
Yazıçının yenicə
işıq üzü
görmüş «Basqın»
(«Naşestvie») kitabı
isə ayrı-ayrı tarixi şəxsiyyətlərə deyil,
bütövlükdə Naxçıvan
tarixinə, onun tədqiq olunmamış
1920-1926-cı illər
dövrünə həsr
olunduğu üçün
daha qiymətlidir. Əsərdə bolşeviklərin
Naxçıvan Muxtar
Sovet Sosialist Respublikasında törətdikləri qəddarlıqlar,
onların Naxçıvanın
Ermənistana zorla, qeyri-qanuni ilhaq edilməsi cəhdləri ifşa olunmuşdur. Burada ilk dəfə
nəşr olunan tarixi sənədlər, tutarlı elmi faktlar bir daha
təsdiq edir ki, bu dövrdə
Naxçıvana olan bolşevik basqınlarının,
siyasi repressiyaların
da arxasında məkrli erməni siyasəti dayanmışdır.
Artıq azərbaycanlı
oxucuları üçün
də çox-çox
doğma olan qafqazşünas-alim R.İvanov
ilə Naxçıvanda,
o cümlədən NDU-da dəfələrlə
görüşlər keçirilmiş,
Muxtar Respublika rəhbərliyi onun yaradıcılığına xüsusi
qiymət vermiş, böyük diqqət göstərmişdir. Görkəmli yazıçı-publisistin
son kitabı da rəsmi dairələr,
elmi-ictimai mühit tərəfindən yüksək
rəğbətlə qarşılanmışdır.
Naxçıvan MR Ali
Məclisinin Muxtar Respublikanın öncül
mətbu orqanı -«Şərq qapısı» qəzetində «Basqın»
kitabı haqqında dərc etdirdiyi rəy («Naxçıvan tarixinə dair qiymətli kitab». 20 oktyabr 2009-cu il, ¹ 197) bunu bir daha
təsdiqləyir.
Naxçıvan Dövlət Universitetinin
Beynəlxalq münasibətlər
və xarici dillər fakültəsində
isə «Basqın» kitabının təqdimat
mərasimi keçirilmişdir.
Universitetin ziyalı
kollektivi ilə yanaşı Naxçıvan
MR Səhiyyə, Mədəniyyət
və Turizm nazirliklərinin, AMEA-nın
Naxçıvan bölməsinin,
digər müəssisə
və təşkilatların
nümayəndələrinin də qatılıdığı
mərasimdə giriş
nitqi söyləyən
rektor, millət vəkili, akademik İsa Həbibbəyli yeni nəşrin qatı açılmamış tarixi
arxiv materiallarına söykənən əsl tədqiqat əsəri olduğunu söyləmişdir.
Millət vəkili qeyd
etmişdir ki, kitabda Naxçıvanın
keçmişi bu günü - ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində
müstəqilliyini və
ərazi bütövlüyünü
qoruması ilə böyük məharətlə
əlaqələndirilmişdir ki, bu da
müəllifin zəngin
siyasi dünyagörüşünü bir daha isbatlayır.
Natiq vurğulamışdır ki,
naxçıvanlıların soyqırımlara, mənəvi
və siyasi işgəncələrə baxmayaraq
bütöv Azərbaycan
və azərbaycançılıq
uğrunda əzmkar mübarizə aparmalarını,
Naxçıvanın muxtariyyat
qazanmasının tarixi
zəruriliyini təsdiq
edən yeni nəşr muxtar respublikanın 85 illiyinə, ümumiyyətlə
naxçıvanşünaslığa qiymətli töhfədir.
AMEA-nın Naxçıvan
bölməsinin sədri,
akademik, əməkdar
elm xadimi İsmayıl Hacıyev «Basqın» əsəri -tarixi həqiqətlərin
bərpası və təsdiqi» adlı məruzəsində üç
fəsildən ibarət,
160-a qədər tarixi
arxiv sənədi və nəşr materiallarını özündə
cəmləşdirən bu kitabın tarixi məziyyətlərindən ətraflı
danışmışdır. Natiq, əsərdə Naxçıvan
diyarının 1920-1926-cı
illər tarixi həqiqətlərini əks
etdirən, 1920-ci ildə
daşnaq Ermənistan
ordusunun dinc Naxçıvanı talan etməsi, bu diyarı xarabalıqlara çevirməsi, taxıl
və qida məhsullarını məhv
etməsi ilə bağlı mühüm faktların əks olunduğunu diqqətə
çatdırmışdır. Vurğulanmışdır ki, Naxçıvanın
igid, mərd sakinlərinin nümayiş
etdirdiyi birlik, şücaət və qəhrəmanlıq sayəsində
1920-ci ilin iyulunda - Naxçıvanın sovetləşməsindən
sonra bolşeviklərin
bu torpaqları Sovet Ermənistanına birləşdirmək cəhdləri
baş tutmamış,
1924-cü ilin fevral ayında Naxçıvan diyarı muxtariyyat statusu qazanaraq nisbi müstəqillik əldə
etmişdir. Akademik Azərbaycanın saxtalaşdırılmış tarixinin yenidən araşdırılmasında, Rusiyanın
ən müxtəlif arxivlərində «gizlənmiş»
dövlət sənədlərinin,
sirlərinin üzə
çıxarılmasında Rudolf İvanovun öz yorulmaz, fədakar tədqiqatçılıq
məharəti ilə
Azərbaycan xalqı qarşısında böyük xidmətlər
göstərdiyini bildirmişdir.
Universitetin tərbiyə
işləri üzrə
prorektoru, fəlsəfə
elmləri doktoru, Azərbaycan Respublikasının
Əməkdar müəllimi
Məmməd Rzayev,
AMEA-nın Tarix, Arxeologiya, Etnoqrafiya İnstitutunun «Qafqaz tarixi» şöbəsinin müdiri, tarix elmləri namizədi Emin Şıxəliyev, Naxçıvan Özəl
Universitetinin tədris
işlər üzrə
prorektoru, tarix elmləri namizədi, dosent
İbrahim Kazımov, tələbələr adından
çıxış edən
Beynəlxalq münasibətlər
və xarici dillər fakültəsinin
Beynəlxalq münasibətlər
ixtisası üzrə
II kurs tələbəsi
Nargilə Əsədova
çıxış edərək
bildirmişlər ki,
«Basqın» kitabında
Naxçıvanda muxtariyyatdan öncəki
və sonrakı sosial-iqtisadi vəziyyət,
erməni işğalları,
burada sovet hakimiyətinin hökm sürdüyü illərdə
Mir Cəfər Bağırovun rəhbərliyi
altında fəaliyyət
göstərən Xüsusi
Komissiyanın həyata
keçirdiyi repressiyalar
və s. həqiqətlər müstəqillik işığında
ətraflı təhlil
olunmuşdur.
Çıxışlarda qeyd olunmuşdur ki, nəfis tərtibatla, yüksək səviyyədə
hazırlanmış yeni
nəşr qiymətli
tarixi elmi mənbə, dərslik kimi istifadə olunmağa, hər bir azərbaycanlının
stolüstü kitabına
çevrilməyə layiqdir.
Xatırladaq ki,
əsər çox yaxın zamanlarda NDU-nun Beynəlxalq münasibətlər və
xarici dillər fakültəsinin dekanı,
Naxçıvan MR əməkdar
müəllimi, R.İvanovun
elmi-ədəbi irsinin tərcüməsində
səriştəsi olan
Qurban Qurbanlı tərəfindən Azərbaycan
dilinə tərcümə
olunacaq.
Tədbirin sonunda
müəllif ürək
sözlərini söyləmiş,
hərtərəfli dəstək
və qayğıya, yaradıcılığına verilən
yüksək qiymətə
görə Naxçıvan
MR Ali Məclisinin sədri Vasif Talıbova, millət vəkili, akademik İsa Həbibbəyliyə
və naxçıvanlı
alim həmkarlarına minnətdarlığını
ifadə etmiş, bir qrup müəllim
və tələbəyə
kitab hədiyyə etmişdir.
Yaradıcılıq planlarından söz
açan tanınmış
azərbaycanşünas-alim
qeyd etmişdir ki, I Kəlbalı Xan (Kor Kəlbalı
xan) haqqında da kitab yazır,
bunun üçün
artıq 200-dən artıq tarixi sənəd toplamışdır.
Biz də öz növbəmizdə alimə
yaradıcılıq uğurları
arzu edir və yeni nəşrlərini
səbirsizliklə gözləyirik!
Mehriban Sultan
Nərmin Cəfərova
Ədəbiyyat qəzeti.-2009.-30
oktyabr.-S.2.