Bu günlərdə AYB-nin
"Bayatı" kitab
mağazasında şair
Qəşəm Nəcəfzadənin
"Oğlum, qapını
aç o qapıda bir külək ölür"
şeirlər kitabının
imza günü keçirildi.
Tədbirin aparıcısı AYB-nin katibi Rəşad Məcid müəllifin yaradıcılığından ətraflı söhbət
açıb, onun kitablarının bir çox Avropa ölkələrində sevilərək
oxunmasını Azərbaycan
ədəbiyyatının uğuru
adlandırdı.
Şair Ənvər Əhməd çıxışında qeyd
etdi ki, Q.Nəcəfzadə müasir
poeziyamızda öz sözü, yeri olan şairdir.
Şairə Mahirə Abdulla qələm dostundan maraqlı, orijinal şair kimi bəhs etdi.
Tənqidçi Vaqif Yusifli Q.Nəcəfzadəni daima axtarışda olan, şeirlərində bənzətmələrə,
metaforalara üstünlük
verən milli modern şerinin nümayəndəsi kimi təqdim etdi.
Müəllifin kitablarının
tərcüməçisi Sevil
Gültən şairin
şeirlərinin xarici
ölkələrdəki uğurundan,
şairlərdən Balayar
Sadiq, Səlim Babullaoğlu, Musa Ələkbərli, Əkbər
Qoşalı və Dayandur Sevgin şairin son dövr yaradıcılığından,
onun şeirlərindəki
obrazların həyatiliyindən söhbət
açdılar.
Sonda Q.Nəcəfzadə tövsiyə
etdi ki, hər kəs kitab oxusun, çünki
kitab hərəkətdir
və kitab olmasa biz ölərik.
S.Sadıqlı
Ədəbiyyat qəzeti.-2009.-30 oktyabr.-S.6.