Məktəb illəri

 

1944-cü ildə mən Konservatoriyanın nəzdində olan 10 illik musiqi məktəbinin 1-ci sinfinə getmişəm. Fortepiano çalırdım, müəlliməm məktəbin direktoru professor Kövkəb xanım Səfərəliyeva idi. O illəri mən heç zaman unutmayacağam.

Musiqi məktəbində 6 il oxuduqdan sonra VII sinfin I rübündə artıq qət etdim ki, mən musiqiçi olmayacağam. Atamın kitabxanasındakı kitabların çoxunu oxuduğumdan məndə ədəbiyyata böyük həvəs oyanmışdı. Adi orta məktəbə keçib sonra ADU-nun filologiya fakültəsində oxumaq arzusu qəlbimdə baş qaldırmışdı. İntəhası bunu atama söyləməkdə çətinlik çəkirdim. Yaxşı xatrimdədi 1952-ci ilin oktyabr ayının ortasında atamın kabinetinə girib, ona bu arzumu dedim. O əvvəl fikrə getdi, sonra gülümsəyib: ", deyəsən qızım pianoçu yox, alim olmaq fikrinə düşüb! deyirəm ki, səni ən yaxşı qız məktəbinə - 132 saylı məktəbə keçirdərəm". Elə oldu. Mən II rübdən həmin məktəbin VII b sinfinin şagirdi oldum. O gündən mənim çətinliklərim başladı. Humanitar fənlərdən çətinlik çəkmirdim, lakin riyaziyyat, fizika kimya fənlərindən heç bir anlayışım olmadığını özüm , müəllimlərim tezliklə başa düşdük. Musiqi məktəbində bu fənlərin çox zəif keçirilməsi mənim üçün böyük problem yaratdı. Çox savadlı, olduqca ziyalı müəllimlərimiz var idi. Allah hamısına rəhmət eləsin. Ədəbiyyat müəlliməmiz Bilqeyis Məmmədova (Təhmasib) ədəbiyyata olan həvəsimi daha da artırdı. Riyaziyyat müəllimlərimizi - Sadıq Sadıqovu, Əhməd Əhmədzadəni böyük məhəbbətlə xatırlayıram. VIII sinfin II rübü qurtardıqdan sonra Sadıq müəllim məni yanına çağırıb dedi ki, qızım, sən riyaziyyatdan, həndəsədən, fizikadan özün bilirsən ki, çox zəifsən. Belə getsə, biz səni sinifdə saxlamalı olacağıq. Başa düşürəm ki, çalışırsan lakin əvvəldən bünövrə olmadığından heç alınmır. Atana de ki, məktəbə gəlsin, onunla da söhbət edib, vəziyyəti başa salaq.

Mən evdə atama dedim ki, ata, səni məktəbə çağırırlarOnun sifəti çox ciddi görkəm aldı, başını bulayıb dedi: "Məktəbdə neyləmisən?". Mən cavab verdim ki, heç bir pis görməmişəm, yalnız dərslərlə bağlı məsələdir.

Səhəri atam bizim məktəbə gəlib müəllimlər otağında bütün müəllimlərlə çox mehriban görüşdü, hal-əhval soruşub, onlara xoş sözlər dedi. Sonra Sadıq müəllim əhvalatı atama başa saldı. Sinifdə qalacağım fikri onun xoşuna gəlmədiBir az fikirləşəndən sonra: "Ay Sadıq müəllim, görürsüz , təqsir Xavər xanımdadır. Mən ona dedim ki, bu uşaqların üçünü musiqi məktəbinə verib "zurnaçı" eləmə. Bu da nəticəsi. Doğrudan, orada bu fənlərə çox fikir verilmir, əsasən musiqi fənləridir. Mən sizi başa düşürəm. Lakin gərək bir çıxış yolu tapaq. Əgər müəllim tapıb Aybənizi evdə çalışdırsam, necə olar? Dərs ili qurtarana qədər əgər xeyri olmasa, onda neyləməli, sinifdə qalar…"

Sadıq müəllim buna öz razılığını verdi. Fizika müəllimimiz Sultanov APİ- dərs dediyindən Şəfiqə adlı bir tələbə qızı atama məsləhət gördü. Şəfiqə, demək olar ki, hər gün dərsdən sonra mənimlə iki saat məşğul oldu. III IV rüblərdə artıq mən "3" qiymətə qalxdım məni sinifdə saxlamadılarTəəssüflə qeyd edirəm ki, kamal attestatımda qiymətlərim hamısı "5", riyaziyyat, fizika, kimya fənləri "3" olmuşdu.

İllər ötdüMən bu xatirəni məktəblərdə keçirilən atamın yubileyi ilə bağlı görüşlərdə söyləyib, o zamanlar mənəvi dəyərlərimizin necə saf olduğunu vurğulayıram. Təhsilə münasibət o qədər ciddi idi ki, valideynlərə heç bir fərq qoyulmurdu. O zaman heç kəs təsəvvürünə belə gətirə bilməzdi ki, Aybəniz Vəkilova adlı şagirdə Səməd Vurğunun qızı olduğuna görə layiq olmadığı yüksək qiymət yazılsın. Bunu atamın özü, mən özüm, sinif başa düşə bilməzdi. Yalnız müəllim şagird münasibətləri var idi. Valideynlərin kimliyindən asılı olmayaraq - istər nazir, istərsə şair olsun - hamıya eyni gözlə baxılırdı.

Mən indi artıq 70 yaşa qədəm qoyuram. Öz həyatımda nəsə yaxşı bir görürəmsə, o dövrün paklığını, saflığını, atamı, müəllimlərimi xatırlayıram. Valideynlərimə müəllimlərimə xəyalən müraciət edib deyirəm: "Çox sağ olun. yaxşı ki, həyatımda sizin kimi insanlar olub".

 

 

Aybəniz VƏKİLOVA

 

Ədəbiyyat qəzeti.- 2009.- 4 sentyabr.- S. 3.