Təhsil: əməkdaşlığın inkişafı sürətləndirilir
Bakıda Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üçün Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi - Lot 6 proqramının Tərəfdaşlıq Konfransı keçirilir
Dünən Qafqaz Point otelində
"Erasmus Mundus Xarici
Əməkdaşlıq Pəncərəsi"
-
Konfransı giriş sözü ilə açıq elan edən Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov
öz adından və tədbirin digər bir təşkilatçısı olan
Xəzər Universitetinin
rektoru Hamlet İsaxanlının
adından konfrans iştirakçılarını salamlayaraq onlara bu tədbirdə iştirak etdiklərinə
görə öz minnətdarlığını bildirdi. O qeyd
etdi ki, bu gün Bakıda
Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üçün"
Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi"
-
"Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi" proqramı Avropa İttifaqı ölkələri ilə yeni yaranmış müstəqil dövlətlər arasında təhsil sahəsində əməkdaşlığın inkişafını sürətləndirmək məqsədilə həyata keçirilən və Avropa Birliyi tərəfindən maliyyələşdirilən təhsil sahəsində mübadilə layihəsidir. Bu layihə tələbələri (bakalavr və magistr), tədqiqatçıları (namizədlər, doktorlar), akademik heyət, eyni zamanda özəl və ictimai sektor təmsilçilərini inkişaf imkanları ilə təmin edir.
Proqramın qaliblərindən biri - Azərbaycan Turizm İnstitutu 2007-ci ildən Yunanıstan, Fransa, Latviya, Bolqarıstan, İtaliya, Portuqaliya və Niderlandın 16 ali təhsil müəssisəsi ilə akademik heyət və tələbə mübadiləsi həyata keçirir. Layihə çərçivəsində Azərbaycan Turizm İnstitutunda Portuqaliyadan akademik heyətin 2 üzvü dərs demiş, həmin ölkədən, 1, Fransadan isə 2 magistr tələbə mübadilə çərçivəsində təhsil almışlar. 2007-2008-ci tədris ilində İnstitutun akademik heyətindən 1 nəfər üzv, 5 tələbə, 2 magistrant və 1 tədqiqatçı Avropaya göndərilmişdir. 2008-2009-cu tədris ilində isə akademik heyətdən 1 nəfər fransanın Anjer Universitetində olmuşdur. Hazırda 6 tələbə, 2 tədqiqatçı, 1 doktor, 1 magistrant təhsillərini Avropa institutlarında davam etdirirlər.
Proqram zamanı qazanılmış nailiyyətləri və ilkin mərhələnin yekunlarını müzakirə etmək məqsədilə layihə iştirakçısı olan Azərbaycanın ali məktəblərində sentyabrın 13-dək tədbirlər keçiriləcək. Analoji tədbirlər Avropa, eyni zamanda qonşu dövlətlərin hər birində təşkil edilmişdir.
Konfrans keçiriləcək günlərdə layihə üzrə tərəfdaş ölkələrin - Yunanıstan, Portuqaliya, İtaliya, Niderland, Bolqarıstan və Gürcüstanın ali məktəblərinin nümayəndələri, eyni zamanda yunan iş adamları Azərbaycanda olacaqlar. Onu da qeyd edim ki, bu gün tədbirimizdə dünyanın 16 ölkəsindən 30 nümayəndə iştirak edir.
Konfransın digər təşkilatçısı Xəzər Universitetinin rektoru professor Hamlet İsaxanlı öz növbəsində konfransla əlaqədar fikirlərini bölüşərək tədbir iştirakçılarına uğurlar dilədi.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev öz çıxışında bildirdi ki, bu gün Azərbaycan təhsilində gənclərin mənafeyinə xidmət edən belə bir layihəyə yekun vurulması ilə bağlı tədbirdə iştirak etməyimdən çox məmnunam. Biz hesab edirik ki, bu layihə ölkə gəncləri, xüsusilə Azərbaycan Turizm İnstitutunun tələbələri və müəllimləri üçün çox böyük əhəmiyyət kəsb edir. Ona görə də öz tərəfimdən bu layihəni yüksək dəyərləndirirəm və belə hesab edirəm ki, layihə Azərbaycan gənclərinin dünyagörüşünün artırılması istiqamətində böyük bir imkandır. Bu layihə həmçinin Azərbaycan Turizm İnstitutunun, Xəzər Universitetinin və Gəncə Dövlət Universitetinin dünya təhsilinə inteqrasiyası istiqamətində irəliyə doğru atılmış böyük bir addımdır.
Avropa Birliyinin nümayəndəsi Jan Luis Lavroff dedi ki, biz bir birlik olaraq daim təhsilin inkişaf etdirilməsi üçün yeni-yeni layihələrin işlənib hazırlanmasında öz köməyimizi əsirgəmirik. Eləcə də təhsilin inkişafına xidmət göstərən bu cür tədbirlərdə də öz iştirakımızı vacib hesab edir və bunu özümüz üçün prioritet sayırıq.
Avropa Birliyi tərəfindən təhsil sahəsində 3 layihə - Tampus, Erasmus Mundus və Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi layihələrinin həyata keçirildiyini vurğulayan J.L.Lavroff konfrans iştirakçılarına həmin layihələr haqqında ətraflı məlumat verdi. Adı çəkilən layihələrin 1993-1994-cü illərdən MDB məkanında həyata keçirildiyini söyləyən natiq 2004-cü ildən etibarən Azərbaycanda da reallaşdırıldığını qeyd etdi.
Sonra Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Avropa İttifaqının nümayəndəsi, layihənin əlaqələndiricisi xanım Tania Kapini və başqaları çıxış edərək layihə ilə bağlı öz rəy və təkliflərini bildirdilər.
Konfrans sentyabrın 13-dək öz işini davam etdirəcəkdir.
Ələsgər
Behbudlu
Ədəbiyyat qəzeti.-2009.-11
sentyabr.-S.1, 2.