Bir il sonra yazılası yazı

 

2009-cu il sentyabrın 21-də görkəmli alim, ədəbiyyatşünas, dilçi, tənqidçi Nizami Cəfərovun 50 yaşı tamam olur. Mən bu yubileylə əlaqədar rəğbət hörmət bəslədiyim "əlli yaşında cavan" dostum haqqında yazmaq niyyətindəydim. Amma onun haqqında kitab hazırlandığını bildim bu kitaba yazı yazmaq təklifıni aldım. Yazdım. Bir il gözləməyə səbrim çatmadığı üçün bu yazımı mətbuata da verirəm. Qoy bir il sonra yazılmalı olan bu sözlər Nizamiyə əlli illiyi münasibətilə ilk təbrik olsun.

Nizami Cəfərovla ədəbi münasibətlərimiz mübahisədən başladı. Məqalələrinin birində o Molla Pənah Vaqifı Azərbaycan ədəbi dilinin banisi adlandırmışdı. Mən buna etiraz etdim. Çöx böyük şair saydığım poeziyasına pərəstiş etdiyim Vaqifi ədəbi dilimizin banisi saymaq, zənnimcə, Dədə Qorquddan Molla Vəli Vidadiyəcən dilimizin inkişaf yolunu nəzərə almamaq deməkdi. Sonralar Nizamilə sıx ünsiyyətdə olduq, xoş münasibətlərimiz yarandı, birgə səfərlərdə yol yoldaşı kimi bir-birımizi daha yaxından tanıdıq, ədəbi döyüşlərdə çiyin-çiyinə addımladıq. Nizami mənim haqqımda dəyərli məqalələr, ayrıca kitab yazdı, Azərbaycanda Türkiyədə nəşr etdirdi. Çox illər sonra İstanbulda (ya Ankarada, yadımda deyil) yenə bu mübahisəli məsələ haqqında söhbətmiz düşdü yenə Nizami öz fikrində, mən öz fikrimdə qaldıq. Bir bu məsələdən başqa ədəbiyyatımızın tarixi bu günü haqqında bütün qeyri məqamlarda mövqeyimiz, anlayışlarımız, zövqümüz demək olar ki, əksər hallarda üst-üstə düşür.

Nizami Cəfərovun sanballı araşdırmalarında üç cəhəti vurğulamaq istəyirəm. Elmi fəaliyyətinə dilçi kimi başlayıb sırf ədəbiyytşünaslıq tədqiqatlarında, ədəbi tənqidi yaradıcılığında dilçilikdən gələn təcrübəni - sözə, dilə önəm verilməsini qoruyub saxlayır. Əsərlərinin digər müsbət özəlliyi Azərbaycan, Türkiyə, rus dünya filologiyasının çağdaş səviyyəsinə tələblərinə yaxından bələd olması onlardan üzvi şəkildə bəhrələnməsidir.

Nəhayət, üçüncü - bəlkə ən vacib cəhəti - Azərbaycan ədəbiyyatına ümumtürk kontekstindən yanaşmasıdır.

Əvvəlki illərdə ədəbiyyat tariximizi müxtəlif qaynaqlarla bağlayır sanki onun formalaşmasında ümumtürk ədəbi sərvətini görmür, ya görmək istəmirdilər. Son illər - bəlkə burda mənim azacıq xidmətim var - ədəbiyyat tariximizi ortaq türk abidələri - Orxon yazıları, Mahmud Qaşqarlı "Divanı", "Qutadqu bilik", min beş yüz illik Oğuz şerilə əlaqəlndirmək, qardaş Türkiyə, cığatay ədəbiyyatlarıyla paralel inkişaf yollarını araşdırmaq, ədəbiyyat salnaməmizi dilimizin ən möhtəşəm abidəsilə - "Kitabi-Dədəm Qorqud"la başlamaq meylləri artıq qanunauyğunluq kimi təsdiq olunur. Çox şadam ki, yeni "Ədəbiyyat tarixi"mizdə , Azərbaycan Ensiklopediyasının yeni nəşrində ədəbiyyatımız haqqında icmalda da bu tendensiya müəyyən dərəcədə öz əksini tapıb.

Bu işdə ədəbiyyatımıza, ədəbiyyat tarixmizə ən böyük xidmətlər göstərənlərdən biri, bu meylləri dəqiq elmi mülahizələrlə əsasdandıranlardan Nizami Cəfərovdur. O da önəmlidir ki, ədəbyyatımıza ümumtürk kontekstindən yanaşan Nizami, eyni zamanda, bu ümumiliyin içində azərbaycanlılığın özəlliyini əritmir, azərbaycançılıq konsepsiyasını möhkəm elmi təməllər üzərində yüksəldən əsərlər nəşr etdirir. Onun azərbaycançılığa həsr etdiyi kitab məhz bu cəhətdən çox əhəmiyyətlidir. Türkçülük azərbaycançılıq heç vəchlə bir-birini inkar etmir, əksinə, bir-birini tamamlayır. Nizami "Türk xalqları ədəbiyyatı" adlı 4 cildliyini meydana çıxararkən həm sırf Azərbaycan ədəbiyyatına, həm bütün türk xalqlarının ədəbiyyatlarına böyük töhfə vermiş oldu. Alimin Azərbaycanda, Türkiyədə müxtəlif elmi toplantılarda, simpoziumlarda, konfranslarda böyük maraqla qarşılanan çıxışları, nəhayət, Bakıda Atatürk Mərkəzinin sədri kimi fəaliyyəti bu məqsədlərə yönəlib.

Nizami Cəfərovun Milli Məclisin Mədəniyyət komissiyasınn sədri seçilməsi məni səmim-qəldbən sevindirdi. Ümid edirdim ki, Milli Məclisdə ədəbiyyatımızın, mədəniyyətimizin maraqlarını yetərincə müdafiə edə biləcək, xoşbəxtlikdən bu ümidlərim tamamilə doğruldu.

Ədəbiyyatımıza, incəsənətimizə qayğı, yazıçılara, sənət adamlarına diqqət unudulmaz öndərimiz Heydər Əliyevin təməlini qoyduğu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətdir. Təəssüf ki, hələ ədəbiyyatın əhəmiyyətini, onun yaşaması, inkişaf etməsi üçün dövlət dəstəyinin, o cümlədən, maddi dəstəyinin önəmini yetərincə dərk etməyənlər var. Mədəniyyətə qayğı dövlətin sədəqəsi yox, vəzifəsidir. Bunu ayrı cür yozanlar hələ tapılır. Qəribədir ki, bu cür yozumlar həm bəzi müxalifət qəzetləri səhifələrindən səslənir, həm Milli Məclisin iclaslarında, bəzi iqtidar nümayəndələri tərəfindən. Müxalifət qəzetlərində hesab edirlər ki, Yazıçılar Birliyinin büdcəyə salınması onun sərbəstliyinə xələl gətirir, onu asılı edir. Belə çıxır ki, dövlət büdcəsində olmayan, məsələn Teatr Xadimləri İttifaqı, Yazıçılar Birliyindən daha artıq sərbəstdir, daha az asılıdır. Yazıçılar Birliyinin büdcədə olması onun hansı sərbəstliyinə, müstəqilliyinə, öz fəaliyyətini yalnız ədəbi meyyarlarla, yaradıcılıq ölçüləriylə qurmasına haçan necə mane olub? Eləcə başqa yaradıcılıq təşkilatları. Dünya standartlarıyla müqayisəyə gəldikdə isə, dünyanın bütün ölkələrində yazıçıların müəllif haqları qorunur, biz isə nəinki qəzetlərdə dərc olunan saysız-hesabsız iri yazılarımız, müsahibələrimiz, çıxışlarımıza görə, televiziya kanallarında hər gün, ya günaşırı göstərilən filmlərimizə görə, hətta Prezident fərmanıyla 25 mim tirajla nəşr olunan kitablarımıza görə bir qəpik qonorar almırıq. Qəribədir ki, bu qədər varlı-karlı adamlar arasında yalnız yazıçıların, guya ki, böyük gəlirlərinə qısqanclıqla yanaşılır. Həm bu təzə şey deyil. Yadımdadır, hələ sovet vaxtında Mərkəzi Komitənin ideologiya katiblərindən biri böyük bir iclasda yazıçıların guya ki, yüksək qonorarlarından ağzı sulana-sulana danışırdı. Bu barədə Rəsul Rzanın elə həmin iclasdan sonra yazdığı bir şeri var.

 

Qonorarı az olsun,

Ömrü uzun.

Şair qardaşlar,

vallah,

ən doğrusu budur,

dava-dalaşlı,

həyəcanlı, təlaşlı,

şərəfli yolumuzun.

Qoy şeir

Qısa olsun dərin,

Yuxusu ərşə çəkilməsin,

Haqq-hesabımızı çəkənlərin.

 

1958

 

İndi Milli Məclisdə bu cür söhbətlər olanda Nizami Cəfərov bu iradlara məntiqli, bəlkə hətta həddindən artıq sərt cavab verir. Mən ədəbiyytımızın mənafeyini inadla qoruduqları üçün Nizamiyə , Rafael Hüseynova da, başqa yazıçı-deputatlara da, ümumən məsələdə düşünülmüş, məsuliyyətli ədalətli mövqe tutan bütün başqa deputatlarımıza da Yazıçılar Birliyi adından dərin minnətdarlığımı bildirirəm.

O ki, qaldı şəxsən Nizami Cəfərova, yadımdadır, Yazıçılar Birliyi təltiflər haqqında təkliflər hazırlayanda Nizamiyə müraciət etdim, onu hansı fəxri ada təqdim edə biləcəyimizi soruşdum. Nizami gülərək:

- Çox sağ olun, Anar müəllim, - dedi, bütün adları almışam, doktor, professor, əməkdar elm xadimi, Elmlər Akademiyasının müxbir üzvü...

Nizaminin güclü yumor hissinə malik olduğunu bildiyimçün zarafatla: bəlkə bir iki şeir yazasan, səni xalq şairi adına təqdim edək, - dedim.

Bu, əlbəttə, zarafat idi. Zarafat olduğunu onunçün vurğulayıram ki, yumor hissindən məhrum olan bəzi bədxahlar: "Yazıçılar Birliyi bir-iki şeir yazana da xalq şairi adı verir" - deməsinlər.

Əzizim Nizami, sən ömrünün , yaradıcılığının, ictimai elmi fəaliyyətinin ən gözəl, ən qaynar, ən məhsuldar dövrünü yaşayırsan. Əlli illiyinə yeni ədəbi elmi töhfələrlə gələcəyinə inanıram. Odur ki, səni bu başdan təbrik edirəm. Ancaq, şübhəsiz, bir ildən sonra səni Ağsaqqallar Şurasının üzvü olduğun Yazıçılar Birliyi adından da təbrik edəcəyik. İnşallah, hələ almadığın hansı adı almağın barədə fikirləşirik.

 

 

Anar

xalq yazıçısı

sentyabr 2008

 

Ədəbiyyat qəzeti.-2009.-18 sentyabr.-S.5.