Hörmətli Nizami müəllim!
Sizi
- görkəmli tənqidçi, ədəbiyyatşünas,
dilçi alimimizi 50 yaşınızın tamam olması
münasibətilə təbrik edirik.
Siz
1977-1982-ci illərdə indiki Bakı Dövlət
Universitetinin filologiya fakültəsində təhsil
almış, 1982-1985-ci illərdə universitetin
aspiranturasında təhsilinizi davam etdirmiş, "Sadə
cümlənin struktur semantik təkamülü"
mövzusunda dissertasiya müdafiə etmisiniz. 1985-1987-ci illərdə
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi
işçi, 1987-1991-ci illərdə "Ədəbiyyat və
incəsənət" qəzetində tənqid və ədəbiyyatşünaslıq
şöbəsinin müdiri vəzifələrində işləmiş,
1991-ci ildə "XVIII əsr Azərbaycan türk ədəbi
dili" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək
filologiya elmləri doktoru alimlik dərəcəsi
almısınız. BDU-nun türkologiya kafedrasında baş
müəllim, professor (1994-2001), ümumi dilçilik
kafedrasının müdiri vəzifələrində
çalışmısınız. 2001-2003-cü illərdə
Azərbaycan Ali Attestasiya Komissiyasının Dilçilik
üzrə doktorluq müdafiəsi Şurasının sədri
olmuş, 2003-cü ildən orada filologiya elmləri üzrə
ekspert Şurasının sədrisiniz.
Siz
əməkdar elm xadimi (2000), AMEA-nın müxbir üzvü,
Azərbaycan Atatürk Mərkəzinin rəhbəri (2001-ci
ildən), Milli Məclisin üzvü və onun Mədəniyyət
məsələləri üzrə daimi komissiyasının və
Dialoq Avrasiya Platformasının Azərbaycan üzrə Milli
komitəsinin sədrisiniz. "Füzulidən Vaqifə qədər",
"Cənubi Azərbaycanda ədəbi dil; normalar,
üslublar", "Azərbaycan türkcəsinin milliləşməsi
tarixi", "Bəxtiyar Vahabzadə", "Türk
dünyası; xaos və kosmos", "Genezisdən
tipologiyaya", "Eposdan kitaba", "Azərbaycan mədəniyyət
məsələləri", "Azərbaycanşünaslıq
məsələləri", "Azərbaycanşünaslığa
giriş", "Heydər Əliyev", "Ədəbiyyatdan
siyasətə", "Qədim türk ədəbiyyatı",
"Anar", "Klassiklərdən müasirlərə",
"İlham Əliyev" və s. dəyərli
kitablarınız çağdaş Azərbaycan təfəkkürünün
formalaşması və inkişafında əhəmiyyətli
rola malikdir.
Hörmətli
Nizami müəllim!
Sizi
bir daha yarıməsrlik yubileyiniz münasibətilə təbrik
edir, sizə uzun ömür, cansağlığı,
çoxşaxəli elmi, ictimai-siyasi fəaliyyətinizdə
daha böyük uğurlar arzulayırıq.
Azərbaycan
Yazıçılar Birliyi
"Ədəbiyyat qəzeti"nin
redaksiya heyəti və əməkdaşları səmim-qəlbdən
bu təbrikə qoşulurlar.
Ədəbiyyat qəzeti.-2009.-18
sentyabr.-S.5.