Nizami Cəfərov-50
25-30 il əvvəl universitetin 1-ci və 4-cü kurslarında mən Nizamiyə dərs demişəm. Eyni zamanda, onun dərsdə cavablarına qulaq asmışam, məruzələrin dinləmişəm.
Yadıma belə bir əhvalat
da gəlir. Mənim 50 yaşım olanda
"Bakı Universiteti" qəzetində Nizami bir məqalə
yazıb çap etdirmişdi. Məqalədə
yazmışdı ki, mənim mühazirələrimə,
nitqimə, danışığıma qulaq asırdı və
bilirdi ki, nə vaxtsa, gələcəkdə o da belə
olacaq. Amma Nizami bilmirdi ki, mən də onun
xüsusi kursda mühakimələrini, nitqini dinləyəndə
onun gələcəyini görürdüm və həm də
özümün gəncliyimi onda görürdüm.
Ağamusa Axundov
Ədəbiyyat qəzeti.-2009.-18
sentyabr.-S.5.