Türkiyə Cümhuriyyətinin
Baş bakanı Rəcəb Tayyib Ərdoğana
Sayın Baş bakan!
XX yüzilin ən
böyük şairlərindən olan Nazim Hikmətə
Türkiyə vətəndaşlığının
qaytarılması haqqın və ədalətin zəfəridir.
Nazim Hikmətin "Günəşi içənlərin
türküsü" adlı ilk kitabı Azərbaycanda
basılmışdır və ədəbiyyatımıza
böyük təsir göstərmişdir. Biz Nazimi qardaş
Türkiyənin və Azərbaycanın böyük şairi
sayırıq. Sovet dönəmində Azərbaycan xalqı və
başqa türk xalqları üçün Nazim Hikmət
Türkiyənin, türklüyün,
qardaşlığımızın rəmzi idi. Azərbaycan
Yazarlar Birliyi olaraq Nazimə Türkiyə vətəndaşlığının
qaytarılması haqqında məmləkətinizin ən ali
məqamlarına dəfələrlə müraciət
etmiş, bəyanatlar vermişik.
Canından artıq
sevdiyi, həsrətini çəkdiyi vətənində Nazimə
qanuni və təbii haqqının verilməsi bütün
dünya nazimsevərlərini sevindirəcəkdir. Bu ədalətli
qərarı verdiyinizə görə şəxsən Sizə
və başçılıq etdiyiniz hökumət üzvlərinə
səmimi təşəkkürlərimizi bildiririk.
Azərbaycan Yazıçılar Birliyi adından
Birliyin sədri
ANAR
Ədəbiyyat qəzeti.-2009.-16 yanvar.-S.1.