"Azərbaycan" N-11
"Azərbaycan" jurnalının keçən ilki 11-ci sayı "incilər..." bölməsi altında Yunis İmrənin qəzəlləri ilə açılır.
Məmməd İsmayılın müasirlərimizin həyatından bəhs edən "Bayat" povesti "Nəsr" bölməsində oxuculara təqdim olunur.
Poeziya həvəskarları bu sayda İskəndər Etibar, Rəfail Zamin, Rəşid Faxralı, Qalibə Hacıyeva, İsmayıl Vəliyev, Fərqanə Mehdiyeva, Güloğlan Dünyanın yeni şeirləri və Məmməd Kazımın "Fateh" poeması ilə tanış ola biləcəklər.
Əfzələddin Əsgərin oğuznamələrin hansı etnik mühitdə yarandığından geniş bəhs edən "Oğuznamələrin yaranması" məqaləsi "Köklər, qaynaqlar" bölməsində verilib.
Qalib Arifin "Müharibə" povesti isə "Qarabağ: ağrılarımız, acılarımız..." bölməsində çap olunub.
Ədəbi fikir tariximizin tanınmış simalarından biri olan Məsud Əlioğlunun 80 illiyi ilə əlaqədar intiqam Qasımzadənin"... işığı qalır" və İmamverdi Əbilovun "Söndükdə zəka əhli-vətən ağlayacaqdır" yazıları da jurnalın bu sayında verilib.
Südabə Ağabalayevanın "Doğmalar arasında ögeylik ağrısı" məqaləsi isə "Ədəbi düşüncələr" bölməsində işıq üzü görüb.
"Tənqid və ədəbiyyatşünaslıq" bölməsində bir sıra yazılar verilib: Cavanşir Yusiflinin "Azərbaycan komediyasının yalan və absurd poetikası", Rüstəm Kamalın "Cavanşir Yusifli: ömrün poetik sıxlığı" və Yaşar Rzayevin "inamın faciəsi".
Mərhum tənqidçi-filosov
Asif Atanın (Asif Əfəndiyev) arxivindən
götürülmüş "İnsan haqqı"
yazısı isə "Yazıçının arxivindən"
bölməsində verilib. Əsəri redaksiyaya
İşıqlı Atalı təqdim edib.
Səidə İsmayılovanın
"Drayzer Azərbaycana baxır" yazısı isə
"Azərbaycan dünyanın gözü ilə"
bölməsində çap olunub.
Daimi bölmələrdən
olan "Kitab rəfi"ndə xalq yazıçısı
İlyas Əfəndiyev, Nəsiman Yaqublu, Qənirə Əmircanova,
xalq şairi Xəlil Rza Ulutürk, Teyyub Qurban, Əli Kərim,
Xalidə Qafqazlı, Rəşid Təhməzoğlu və Kələntər
Kələntərlinin yenicə nəşr olunan kitabları,
eyni zamanda, "Əski çap kitabları kataloqu"nun
birinci cildi barədə yazılar verilib.
P.Mahmudova
Ədəbiyyat
qəzeti.-2009.-16 yanvar.-S.6.