Xalq yazıçısı Anara və Polad
Bülbüloğluya TÜRKSOY-un yubiley medalı təqdim
olunub
TÜRKSOY təşkilatının
15 illik yubileyi münasibətilə yanvarın 17-də Ankarada
keçirilən mərasimdə türk dünyasının
tanınmış siyasət, elm və mədəniyyət
xadimlərinə yubiley medalı təqdim olunub.
Yubiley tədbirləri
ilə bağlı TÜRKSOY-un Ankaradakı baş qərargahında
keçirilmiş mətbuat konfransında təşkilatın
baş direktoru Düseyn Kaseinov bildirib ki, 5 türkdilli ölkənin
mədəniyyət nazirlərinin iştirak etdiyi mərasimdə
8 nəfərə türk dünyasındakı əməkdaşlığın,
xüsusilə mədəni əlaqələrin möhkəmlənməsində
xidmətlərinə görə mükafatlar verilib.
Onların arasında Türkiyənin sabiq prezidenti Süleyman
Dəmirəl, professor İhsan Doğramacı, Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu, xalq
yazıçısı Anar da var.
Yubiley tədbirləri
çərçivəsində türkdilli ölkələrin
musiqi akademiyalarının rəhbərləri, o cümlədən
xalq artisti Fərhad Bədəlbəyli əməkdaşlıq
məsələlərini müzakirə ediblər. Bilkənt
konsert salonunda keçirilən bayram konsertində Azərbaycanın
xalq artisti Azər Zeynalov, rəqqaslar Nikolay Peşerov və
Sevinc Hüseynli də iştirak ediblər.
Ədəbiyyat qəzeti.-2009.-23 yanvar.-S.2.