Heydərəli Nural
Amansız ölüm Azərbaycan
Yazıçılar Birliyinin üzvü, şair Heydərəli
Nuralı aramızdan apardı.
Heydərəli Allahverdi
oğlu Qədimov 1939-cu il dekabr ayının 12-də
Naxçıvan MR Şərur rayonunun Kərki kəndində
anadan olmuşdur. Sədərək kənd orta məktəbini
bitirib hərbi xidmətə getmiş, qayıtdıqdan sonra
kitabxana müdiri vəzifəsində işləmişdir.
Bakı Plan-iqtisad Texnikumunun mühasibat fakültəsini
bitirmişdir. 1963-1988-ci il-lərdə Sədərək rayon
Yol İdarəsində çalışmışdır.
1988-ci ildə Bakıya köçmüş, burada Elmi-bərpa
mərkəzində, B.Sərdarov adına
Maşınqayırma zavodunda, "Azərneft"in 1 saylı
tikinti idarəsində işləmişdir.
Ədəbi
yaradıcılığa orta məktəb illərində
başlamışdır. İlk qələm təcrübələri
"Şərq qapısı", "İşıqlı
yol", "Şərurun səsi" və s. qəzetlərdə
dərc edilmişdir. Sonrakı illərdə respublika mətbuatında
şeirləri ilə vaxtaşırı
çıxış etmişdir. "Tejdar dağı"
adlı kitabı işıq üzü
görmüşdür.
Qələm
yoldaşımız, səmimi insan Heydərəli Nuralın
işıqlı xatirəsi qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Yazıçılar
Birliyi
Ədəbiyyat qəzeti.-2009.-30
yanvar.-S.6.