Kitab dünyaya açılan pəncərədir

 

Kərim Tahirov: “Əgər ucqar bir kənddə internetə çıxış varsa, istənilən oxucu Milli Kitabxananın xidmətlərindən tam şəkildə istifadə edə bilər”

 

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası nəinki Qafqazda, eləcə də bütün  dünyada şöhrət tapan ən böyük milli kitabxanalardan biridir. Bu il fəaliyyətinin 83 ili tamam olan kitabxana 1922-ci ildə yaradılıb. İllər keçdikcə onlarca yeni şöbə yaranıb, kitabxananın beynəlxalq əlaqələri də genişlənib. 10 ölkənin 11 kitabxanası ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünyaəhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən Milli Kitabxananın fəaliyyəti günü-gündən genişlənir. Ümumdünya Kitab və Müəllif Hüquqları Günü ərəfəsində kitabxananın müdiri, Əməkdar mədəniyyət işçisi Kərim Tahirovla müsahibəmiz kitabxananın bugünkü fəaliyyəti, onun beynəlxalq standartlara uyğun qurulması və digər məsələlərlə bağlı oldu.

- Son dövrlərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası öz isini müasir dövrün tələblərinə uyğunlaşdırmaq istiqamətində hansı addımlar atıb?

- 2000-ci ildən başlayaraq yeni cəmiyyət quruculuğu şəraitində informaşiya texnologiyalarının kitabxana işinə tətbiq olunması nəticəsində işimizi dövrün tələblərinə uyğun şəkildə qurmağa başlamışıq.

Başlıca məqsəd oxuculara xidmət operativliyini təmin etmək, zaman məkan problemini aradan qaldırmaqdır. Zaman problemi odur ki, insanlar vaxt itirmədən öz evlərindən, yerlərindən kitabxananın saytına girib elektron kitabxanası vasitəsilə istədikləri materialdan istifadə etsinlər. Məkan probleminin həlli isə ondan ibarətdir ki, yerindən asılı olmayaraq, məsələn, Lerikin uzaq bir kəndində yaşayan oxucu bizim saytdan faydalana bilsin. Əlbəttə, burada ən vacib sərtiərdən biri kompüter internetə çıxışın olmasıdır. Əgər ucqar bir kənddə kompüter vasitəsilə internetə çıxış varsa, bu gün istənilən oxucu Milli Kitabxananın xidmədərindən tam şəkildə istifadə edə bilər. Bu, məkan problemini aradan qaldırmaqdır. Bu gün biz, demək olar ki, buna tam nail olmuşuq. Elektron kitabxanamızda 5 mindən artıq kitab, dissertasiya, avtoreferat var ki, oxucular onlardan tamamilə bəhrələnə bilirlər.

- Düşünmürsünüz ki, bu say göstəricisi azdır?

- Biz yalnız oxucuların tələbatını nəzərə alıb materialları elektronlaşdırırıq. Fondumuzda 4 milyon əsər var. Oxucuların istəyini isə sadə yolla müəyyən edirik. Oxuculara kitab verilir, onlar ondan istifadə edəndən sonra geri qaytardıqda müddət vərəqi nəzərdən keçirilir. Əgər 1 ayda bu kitabdan 4 dəfə istifadə edilirsə, məlum olur ki, arzulanan kitabdır. Dərhal həmin kitab elektron kitabxanaya daxil edilir. Bizim fondda elə kitab var ki, 10 ildən artıqdır, ondan istifadə olunmur. Lakin Milli Kitabxana olaraq Azərbaycanda çap olunan bütün kitabları almalı, arxiv kimi saxlamalıyıq.

Bəzən deyirlər ki, fondun 20 faizinin elektronlaşdırılması çox azdır. Bəli, mən razıyam. Dünyanın ən aparıcı ölkələrində fondun kitablarının 40 faizinin elektronlaşdırılması ən yüksək hədd hesab olunur. Çünki heç bir ölkə deyə bilməz ki, kitabxanadakı kitabların 40 faizindən çoxunu elektron kitabxanada yerləşdirə bilib. Ona görə ki, buna ehtiyac da yoxdur. Digər tərəfdən, müəllif hüquqları da buna imkan vermir. Kitablar var ki, 70 il müddətində onların elektron yoxdur. Məsələn, Bəxtiyar Vahabzadənin əsərlərini ölümündən 70 il sonra elektronlaşdıra bilərik. Müəllif hüquqlarına uyğun olaraq yalnız onun vərəsəsindən rəsmi şəkildə icazə alaraq bunu etmək mümkündür. Əks halda Milli Kitabxanadan tələb edəcəklər ki, onlara pul verək. Kitabxananın isə buna imkanı yoxdur. Bütün dünyada müəllif hüquqlarının qorunması ciddi məsələdir. Artıq köhnə kitabların, eləcə müəllifinin ölümündən 70 il keçən kitabların elektron versiyasını yaratmağa onları mikrofilmə köçürməyə başlamışıq.

- Yeri gəlmişkən, kitabxananın bugünkü avadanlıqları müasir standartlarla ayaqlaşa bilirmi?

-  Əminliklə deyə bilərəm ki, kitabxanamızda olduqca müasir avadanlıqlar yerləşdirilib. Bu avadanlıqlar 2003-cü ildə Yaponiya səfirliyinin köməyi ilə alnıb 2005-ci ildən istifadəyə verilib. Onların köməyi ilə əvvəl kitablar mikrofilmə çevrilir, mikrofilmdən elektron daşıyıcılara köçüçülür. Beləliklə , bir əsərin həm mikrofilmi həm elektron versiyası yaradılır. Nəhayət, ən vacib məsələ ondan ibarətdir ki, biz dövri mətbuatın elektron versiyasını yaratmaga baslamışıq. Bizim fondda Zaqafqaziya Komissiyasının aktları da var. Bu aktlar Ermənistanda, Gürcüstanda mövcuddur. Hətta Dağıstandan da gəlib bizim fonddan istifadə edirlər.

- Bildiyimiz kimi, ildən-ilə öz fəaliyyətini genişləndirilən Milli Kitabxana xarici əlaqələrə önəm verir. Bu baxımdan Beynəlxalq kitab mübadiləsi söbəsinin fəaliyyət istiqamətləri haqqıda bilgilər almaq maraqlı olardı......

- Bu şöbə dünyanın 51-dən artıq ölkəsi ilə kitab mübadiləsi aparır. Biz hər il dünya kitabxanalarına 2500-2600 kitab göndəririk əvəzində onlardan bir o qədər kitab alırıq. Bu, o deməkdir ki, xarici ölkələrdə həmin ölkələrin iqtisadiyyatına, ictimai həyatına, tarixinə dair çap olunmuş kitabları onlardan alır əvəzində onlara göndəririk. Bu, kitabı kitaba dəyişmək prinsipi ilə həyata keçirilir. Kitabın kitaba pulsuz dəyişdirilməsi prosesi 1979-cu ildən YUNESKO-nun qərarı ilə həyata keçirilir. Sadəcə olaraq, göndərən ölkə kitabın göndərmə pulunu ödəyir. Ölkələr arasında siyahı mübadiləsi olur, siyahıya uyğun olaraq orada seçilən kitablar ölkələrə göndərilir.

- Hazırda Azərbaycan ən çox hansı ölkələrlə kitab mübadiləsi aparır?

- Demək olar ki, dünyanın aparıcı 51 ölkəsi ilə mübadilə aparırıq. Məsələn, Yaponiya,    İngiltərə, Amerika Birləşmiş Ştatları, Rumıniya kimi ölkələr bu sahədə əməkdaş ölkələr hesab oluna bilər. bu, sözsüz ki, kitabxanamızın fondunun zənginləşməsinə beynəlxalq əlaqələrinin möhkəmlənməsinə şərait yaradır. Eyni zamanda, M.F.Axundov adma Milli Kitabxanamız 2006-cı ildən Avropa Milli xalq əlaqələrinin möhkəmlənməsinə şərait yaradır. Eyni zamanda, M.F.Axundov adına Milli Kitabxanamız 2006-cı ildən Avropa Milli  Kitabxanalar Konfransı Təşkilatının üzvüdür. Hər il bir ölkədə təşkilatın toplantısı keçirilir biz iştirak edirik. Bu da ikitərəfli əlaqələrin güclənməsinə şərait yaradır.  Qeyd edim ki, 2006-cı ildən bəri artıq 17 ölkənin milli kitabxanası ilə ikitərəfli əlaqələr barədə müqavilə bağlamışıq ikitərəfli tədbirlər həyata keçiririk. Məsələn, kitab sərgiləri keçiririk. Qarşılıqlı sərgilərdə iştirakımız əlaqələrimizi daha da möhkəmləndirir.

- Sizcə, Azərbaycanda nəşr edilən kitablara xarici ölkələrdə maraq qədərdir?   

- Azərbaycan kitablarına diqqət, maraq çoxdur. Bizim Milli Kitabxana son 3-4 il ərzində, demək olar ki, bütün beynəlxalq kitab , yarmarkalarmda   iştirak   etmək üçün kitablar göndərib. Frankfurt, London, Parisdə keçirilən kitab, yarmarkalarında iştirak etmisik. Məsələn, bu ayın 16-dan 21-nə kimi Londonda keçirilən kitab yarmarkasına kitab göndərdik. Tehran kitab yarmarkasında təmsil olunmaq üçün kitablarımızı Xarici İşlər Nazirliyinə təqdim etmişik. |

Frankfurt, Tehran, Paris, Londonda hər iki ildən bir kitab yarmarka-sərgiləri keçirilir və kitabxanamız bu tədbirlərdə fəal iştirak edir. Sonra o kitablar hədiyyə olaraq həmin ölkələrdəki Azərbaycan səfirliklərinə verilir və səfirliklər də o kitablardan öz tədbirlərində istifadə edirlər. Məsələn, bu yaxınlarda Estoniya Milli Kitabxanasının dəvəti ilə «Qırşılıqlı əməkdaşhq haq-qında» müqavilənin imzalanma mərasimində iştirak edəcəyik. Yəni əlaqələrimiz getdikcə genişlənir. Eyni zamanda, bizim özümüzün də təşəbbüslərimiz olur. Mayın 5-də artıq 10-cu ənənəvi kitab sərgisini keçirəcəyik. Adətən, bu sərgini Gənc Yazarlar Qurumu ilə birlikdə təşkil edirik. Azərbaycan nəşriyyatlarının hamısı sərgidə təmsil olunur və sonda qaliblərə diplomlar verilır.

Bundan basqa, səfirliklər bizim kitabxanada tez-tez sərgilər keçirirlər. Səfirliklərə göndərdiyimiz kitablar müvafiq ölkələrin milli kitabxanalarıa da verilir. Beləliklə, xarici ölkələrdəki səfirliklərimizin gücündən maksimum istifadə edirik.

Beynəlxalq kitab şöbəmizlə yanaşı, MDB ölkələrinə kitab göndərişi ilə məşğul olan ayrıca şöbəmiz var. Çalışırıq ki, Azərbaycan həqiqətlərini bütün dünyaya təqdim edən kitablar olsun.

- Əgər nəşriyyatlarımızdan söz gedirsə, o halda kitab biznesindən danışmaq da yerinə düşərdi. Sizcə, bu gün Azərbaycanda kitab biznesinin durumu ölkəmizin beynəlxalq aləmdə təmsil olunmasıda necə rol oynayır?

-  Kitab biznesi həm ölkə daxilində, həm də xaricdə ölkənin təmsil olunmasına xidmət edən və bu maraqların tələbatına uyğun kitabların nəşrini həyata keçirməkdir. Bizim kitab mağazalarında kitablar niyə tozlanıb qalır? Ona görə ki, oxucu marağı öyrənilmir, o kitabların ünvanı bəlli deyil. Məlum deyil ki, o kitablardan xaricə göndəriləcəkmi? Amma sivil ölkələrdə kitab biznesi olan nəşriyyadar əvvəlcə oxucu marağını müəyyənləşdirir, sonra bu marağa uyğun kitab nəşr edirlər. O halda kitab dərhal satılır. Amma Azərbaycanda bu qaydalar olmadığından kitablar rəflərdə qalır.

Bundan başqa, ölkə həqiqətlərini xarici ölkələrə çatdırmaq istiqamətində xüsusi seriyada kitablar çap olunmalıdır. Və həmin nəşrlər Xarici İşlər Nazirliyi, Diaspor Komitəsi tərəfindən alınaraq bütün ölkələrə göndərilməlidir. Bəzi ölkələr bizə müraciət edirlər, Azərbaycan tarixinə dair ingilis dilində kitab tapa bilmirik ki, onlara göndərək. Kitab satışı ilə məşğul olub, kitab nəşr etmək qaydasını nəşriyyatlar tamamilə unudublar.                            

Son zamanlar Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə bir neçə kitab nəşr edib və çox gözəl alınıb. Sözügedən nazirlik həmin nəşrləri ingilis dilində çap edir və milli kitabxana onları 51 ölkənin kitabxanasına göndərir. Düşünürəm ki, bunu nəşriyyatlar da etməlidir.

Bundan başqa, bizim fondda Kirill əüfbası ilə çap olunmuş kitablar var. Bu gün onlara oxucuların tələbatı olduğundan latın qrafikası ilə çap olunmalıdır.

    Ona görə də kitab ticarəti çox aşagı səviyyədədir. Məhz bu səbəbdən gənclər öz tələbatlarına uygun kitab tapa bilmirlər.

Kitabxanaya kifayət qədər oxucu gəlir və məcbur olub Kirül əlifbası ilə mütaliə edirlər. Axı niyə kitab biznesi ilə məşğul olanlar o kitablan latın qrafikasına çevirib yenidən nəşr etmirlər? Həm satanlar, həm pul qazanarlar, həm də oxucunun tələbatı ödənər. Əsl biznes budur. Bu gün informasiya texnologiyaları o dərəcədə inkişaf edib ki, o qədər böyük bacarıq tələb olunmur ki, kitabı Kirildən latına çevirəsən. Deməli, nəşriyyatlar istəsələr, bunu edə bilərlər həm pul qazanarlar, həm də oxucunun tələbatı ödənər. Əsl biznes budur. Bu gün informasiya texnologiyaları o dərəcədə inkişaf edib ki, o qədər böyük bacarıq tələb olunmur ki, kitabı Kirildən latına çevirəsən. Deməli, nəşriyyatlar istəsələr, bunu edə bilərlər.

- Kərim müəllim, sizcə, hər hansı kitabın öz ölkəsini tanıtmasında əhəmiyyəti nə dərəcədədir?

- Hər hansı bir ölkə haqqında məlumat almaq istəyən insanlar dərhal internetə və internet resurslarına müraciət edirlər. İnternet-resurslarının da ən çoxu kitablardan götürülür. Hər hansı ölkə haqqında məlumat almaq üçün dərhal onun milli kitabxanasına müraciət edirlər. Kitab ölkə həyatının güzgüsüdür, xaricə açılan bir pəncərəsidir. Biz öz kitablarımızı, necə deyərlər, bərk-bərk özümüzdə saxlamalı deyilik, onların elektron versiyasını hazırlayıb kitabxananın saytına qoymalıyıq ki, bütün dünya bundan istifadə edə bilsin. Bu gün Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün külli miqdarda kitablar nəşr etdirir. Əslində bu iş həmin qurumun vəzifəsi deyil. Sadəcə, bu sahədə yaranmış boşluğu doldurmaq Azərbaycanı yetərincə təbliğ etmək üçün edirlər.

Ölkədə nəşriyyat işini tənzimləyən bir təşkilat olmalıdır. Məsələn, eyni kitabı iki nəşriyyat birdən çap edir və ona görə də alıcısı olmur. Xarici ölkələrdə nəşr edilən kitablar AYSP-nin (Dövlət Kitab Nişanı) vasitəsilə həyata keçirilir. Hər bir kitab pasport alır. Bizdə təəssüf ki, belə bir təcrübə yoxdur. Mədəniyyət və Turizm Nazirliyi Nazirlər Kabineti qarşısında məsələ qaldırıb ki, Milli Kitabxanaya belə bir səlahiyyət verilsin çap olunan kitablar Milli Kitabxanada qeydiyyatdan keçməlidir.

Digər tərəfdən, bu, Azərbaycan kitabının arxiv fondunun yaranmasına da kömək edəcək. Nəşriyyatlar da bundan qazanacaq, çap etdikləri kitabı sata biləcəklər.

 

 

Ekran efir.- 2010.- 23 aprel.- S. 16;19.