Texnoparklara güzəştlər veriləcək

 

  "İnternet-biznes üçün investisiya mühiti investisiya imkanları" mövzusunda konfrans keçirilib

 

  İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

   Aprelin 10-da "Four Seasons" otelində "Startup Azərbaycan" tərəfindən "İnternet-biznes üçün investisiya mühiti investisiya imkanları" mövzusunda konfrans keçirilib.

   Konfransın məqsədi ölkədə internet biznesinin, o cümlədən milli Startupların mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı peşəkarların və ekspertlərin iştirakı ilə müzakirələr aparmaq və çıxış yollarını göstərməkdən ibarət olub.

   Konfrans Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) şöbə müdiri Elçin Zeynalov və "Bakcell" şirkətinin rəsmisi Mark Zirkanın açılış nitqləri ilə başlayıb.

   Konfrans "Milli Startuplar: mövcud vəziyyət və inkişaf perspektivləri" və "Startuplar üçün investisiya mühitinin inkişaf perspektivləri" mövzusunda 2 sessiyadan ibarət olub.

   Konfransda Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü Şaiq Muradov Startup Azərbaycan Layihəsinin təqdimatını edibbu layihə haqqında, layihə çərçivəsində keçiriləcək tədbirlər haqqında geniş məlumatlar verib. Konfransın 1-ci sessiyasında həmçinin Azərbaycan internetinin tanınmış nümayəndəsi Elnur Baimov "Startupların uğur göstəriciləri, uğurlu Startupa gedən yol", TK üzvü Ülvi Aslanov

   "Startuplar və beynəlxalq təcrübə", Sahil İT şirkətinin rəhbəri Vahid Qasımov "İT mütəxəssislərin hazırlanması və Startuplar" mövzusunda təqdimatlar ediblər.

   Golden Pay şirkətinin rəhbəri Fərid İsmayılzadənin moderatorluğu ilə keçən 2-ci sessiyada RİTN nümayəndəsi Elçin ZeynalovKT-nin inkişafı Dövlət Fondu haqqında", marketoloq Məmməd Kərimov "Milli Startuplar və İnvestisiya", İNFİPRO şirkətinin rəhbəri Eldar Abbasov "Startupların vençur maliyyələşməsi" və Qafqaz Universitetinin Texnopark müdiri İsa Qasımov Universitet Texnoparkı ilə bağlı maraqlı təqdimatlar ediblər.

   Təqdimatlar mövzu ətrafında maraqlı müzakirələr sual-cavablar olub. Müzakirələrdə İKT Mərkəzinin direktoru Fərid Kazımov, Microsoft şirkətinin nümayəndəsi Emin Axundov, TK üzvü Ayaz Quliyev, Startupçı Fərahim Əliyev, Qafqaz Universitetinin müəllimi Abzəddin Adamov, "Bakcell" şirkətinin nümayəndəsi Hikmət Tağıyev, Startupçı Rəşid Əliyev digərləri çıxış ediblər. Çıxışlarda ölkədə milli Startupların inkişafı istiqamətində mövcud olan vəziyyət problemlər sadalanıb, bu sahədə investisiya mühitinin, hüquqi bazanın, kadrların hazırlanmasının yaxşılaşdırılması təklifləri irəli sürüb. İKT-nin inkişafı üzrə Dövlət Fondundan bu istiqamətdə ciddi gözləntilərin olduğu bildirilib.

   "Azərbaycanın yüksək texnologiya parkının iştirakçıları vergi ödəmələrindən və gömrük rüsumlarından tamamilə azad olunacaq", - deyən RİTN-in strateji planlaşdırma, sərmayə və elmi potensial şöbəsinin rəhbəri Elçin Zeynalovun sözlərinə görə, bu qərar respublika hökuməti səviyyəsində qəbul olunub. Dediyinə görə, eyni zamanda Azərbaycanda texnoparkların tikintisi layihəsi çərçivəsində güzəştli vergi ödəmələrinin tətbiqi haqqında da qərar qəbul edilib.

   "Demək olar ki, texnoparkın iştirakçıları olan bütün şirkətlər 7 il ərzində tam olaraq vergi ödəmələrindən azad olunacaqlar. Gələcəkdə fiskalmonetar güzəştlərin tədbiqi də nəzərdə tutulur. Bunun üzərində işlər artıq gedir və onların nəticəsi respublikada İKT sektorunun canlanması olacaq", - deyə E.Zeynalov bildirib.

   Şöbə rəhbərinin sözlərinə görə, Azərbaycanda 2020-ci ilə qədər inkişaf konsepsiyası qəbul olunub. Bu sənədin reallaşdırılması çərçivəsində sonrakı 8-10 il ərzində ölkədə ÜDM-in iki dəfə artacağı güman edilir. "Burada ayrılmaz rolu iqtisadiyyatın qeyri-neft sektoruna aid olacaq. Məhz qeyri-neft sektorunda bugün İKT sahəsinə xüsusi diqqət ayrılır. Və bu gün bu sektor çox böyük inkişaf templəri göstərir və hər il dövlət büdcəsinə daha çox daxilolmalar məhz bu sahəyə aid olur".

   Elnur Baimov investisiyanın mühüm əhəmiyyət kəsb etməsini, son dövrlərdə ölkədə bu istiqamətdə müsbət dəyişikliklərin olduğu qeyd etməklə bərabər, Startupçıların da çox aktiv olmalarının, sistemli formada çalışmalarını və uğursuzluqlardan qorxmamaqlarının vacibliyini qeyd edib. O, Startupçılar üçün yorulmadan çalışmağın və uğursuzluqlardan da öyrənməyin vacib olmasını vurğulayıb.

   Tədbirdə dövlət, özəl və təhsil sektorunun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ölkənin tanınmış İT mütəxəssisləri, uğurlu Startup təmsilçiləri və investorlar iştirak ediblər.

   Qeyd edək ki, "Startup Azərbaycan" layihəsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir.

   "Startup Azərbaycan"ın Baş sponsoru "Bakcell" şirkətidir.

   Microsoft, İnfi Pro şirkətləri "Startup Azərbaycan"ın sponsorlarıdır.

   Xatırladaq ki, "Startup Azərbaycan" layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir. İnnovativ ideya dedikdə, əsasən, informasiya texnologiyalarından effektiv istifadə edilməklə hər hansı məhsul ya xidmətin təqdim edilməsinə yönələn fəaliyyət nəzərdə tutulur.

   Təqdim edilən layihələrin son məqsədi real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli müştəri cəlb edilməsinə istiqamətləndirilməlidir. Mümkündür ki, hansısa mövcud biznes-ideyalar üzrə layihələr təklif olunsun, belə halda təklif olunan layihə daha effektiv innovasiyalar üzərində qurulmalıdır.

   Layihələr elmi-tədqiqat, araşdırma tipli olmamalıdır. Bu tip layihələr "Startup Azərbaycan" çərçivəsində keçirilən müsabiqə digər yarışmalara qəbul edilmir. Biznes layihələr bir ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən verilə bilər.

   Müsabiqəyə həm qlobal həm yerli şəraitdə istifadə oluna biləcək layihələr verilə bilər. "Startup Azərbaycan" çərçivəsində yarışmalarda iştirak edən Startup-ların ekspert qiymətləndirilməsi təşkil olunur.

   "Startup Azərbaycan" yalnız yarışmadan ibarət deyil. Layihə çərçivəsində Startup-çılar üçün təlimlər təşkil olunur, investorlarla görüşlər keçirilir. Startup-lara komanda formalaşdırmağa köməklik göstərilir. İnternet-biznesə başlamaq istəyənlər üçün Layihə çərçivəsində keçirilən təlimlərdə uğurlu bizneslə bağlı bilik təcrübə əldə etmək imkanları yaradılır.

   "Startup Azərbaycan" komandası uğurlu hesab ediləcək layihələrin investorlara təqdim edilməsində investor axtarışında seçilmiş Startup-lara köməklik edir. Həmçinin investorlar üçün cəlbedici layihələrə əlçatımlığın təmin edilməsi istiqamətdə fəaliyyət göstərir.

   Qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi məqsədilə Startup Görüşləri, Startup Kamp-ları müzakirələri təşkil olunur.

   "Startup Azərbaycan" qaliblərə simvolik mükafatlar təqdim etsə , layihələrin birbaşa maliyyələşməsi onların investorlara müxtəlif fondlara təqdim edilməsiylə həyata keçirilir. "Startup Azərbaycan" uğurlu internet layihələrə maliyyə, dəstək əldə olunmasına, investorlarla görüşlərə, yerli xarici ekspertlərin dəstəyi ilə təcrübə keçmələrinə yardım edir.

   "Startup Azərbaycan" öz yeni internet-biznesini yaratmaq istəyənlərə arzularının gerçəkləşdirilməsi, sərmayə tapılması, biznesin idarə edilməsi istiqamətində yardımçı olmağı düşünür.

      Oğurluq telefonlar bir işə yaramayacaq

   Mayın 1-dən etibarən ölkədə saxta oğurluq telefonlar işləməyəcək. Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaratdığı bazada bütün mobil telefonların imey kodları artıq toplanmağa başlayıb.

   İlkin mərhələdə ölkəyə idxal edilərkən qeydiyyata salınmış mobil telefonların imey kodları bazaya daxil edilir. Orijinal qanuni yolla gətirilən mobil telefonlar barədə məlumatlar avtomatik olaraq siyahıda cəmləşir.

   Əksinə, rəsmi distribüterlərdən alınmayan, oğurluq ya qeyri-qanuni yolla gətirilmiş mobil telefonlar isə boz siyahıya salınacaq. Bu proqramın tətbiqi oğurluq saxta telefonların qarşısını almaq məqsədi daşıyır.

   Zavodlarda istehsal edilən mobil telefonlardan fərqli olaraq kiçik sexlərdə düzəldilən telefonların keyfiyyətinin aşağı olması ilə yanaşı, onlar həm sağlamlığa təhlükə yaradır. Oğurluq saxta telefonlardan sığortalanmaq üçün paytaxt sakinləri yeni sistemin tətbiqini müsbət qarşılayır.

   Bu günə qədər 8 milyon mobil telefon barədə məlumatlar artıq bazada cəmləşib. İmey kodlarının bazaya daxil edilməsi isə bu ayın sonuna qədər davam edəcək. Rabitə İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədovun sözlərinə görə, hətta illərdir işlək olmayan mobil telefonlar da boz siyahıya daxil edilir. Bu cür telefonların ölkədə işləmə müddəti isə cəmi 1 ay olacaq. Bu proqramın tətbiqi həm oğurluq telefonların tez bir zamanda aşkar edilməsinə kömək edəcək.

   Oğurlanan telefonun yeri nömrə taxıldığı halda onun kim tərəfindən istifadə edilməsi daha asan müəyyən ediləcək. Nazirlik bu proqramın tətbiqində bir sıra ölkələrlə əməkdaşlığa da maraq göstərir. Beynəlxalq əməkdaşlıq imkan verəcək ki, saxta oğurluq telefonların həm idxalı, həm ixracı kəskin azalsın. Qeyd edək ki, mobil telefonlar barədə informasiyaların toplanması müqabilində vətəndaşlardan heç bir maddi vəsait tələb olunmur.

 

 

Qənirə MƏMMƏDLİ

 

Ekspress.-2013.-11 aprel.-S.9.