VIII Dünya Konqresində
Beynəlxalq elmi ictimaiyyətin
həyatında mühüm hadisə sayılan VIII Dünya
Konqresi İsveçin paytaxtı Stokholm şəhərində
keçirilmişdir. Əsasən humanitar elmlər üzrə
alim və mütəxəssislərin qatıldığı
bu konqres "Avrasiya: daha geniş əməkdaşlığın
perspektivləri" mövzusuna həsr olunmuşdu. Azərbaycanı
VIII Dünya Konqresində Milli Elmlər Akademiyasının Ədəbiyyat
İnstitutunun və Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr
şöbəsinin baş elmi işçisi, fəlsəfə
elmləri doktoru, professor Rahid Ulusel (Xəlilov) təmsil
etmişdir. Onun "Harmoniya fəlsəfəsi və yeni
dünya nizamı prinsipləri" mövzusundakı
çıxışı müasir beynəlxalq münasibətlər
probleminə nəzəri-konseptual yanaşma kimi maraq
doğurmuşdur. Avrasiyadakı qlobal əməkdaşlığın
reallıqları və daha geniş perspektivlərinin
müzakirə olunduğu konqresdə, təbii ki, həm də
Azərbaycanın həmin proseslərdəki fəal roluna
toxunulmuşdur. Konqresin ölkəmiz üçün əhəmiyyət
kəsb edən cəhəti eyni zamanda bundadır ki, bir
sıra alim və siyasətçilərin
çıxışında Sovet İttifaqının dağılmasından
sonra müstəqil respublikaların yaranması kimi tarixi bir
situasiyada Heydər Əliyevin həmin proseslərə pozitiv təsir
göstərən qətiyyətli mövqeyi, bu gün Azərbaycan
Respublikasının geniş Avrasiya məkanında qlobal əməkdaşlığın
təməlini təşkil edən enerji layihələrinin həyata
keçirildiyi ölkə olması və bununla yanaşı,
Cənubi Qafqaz regionunda sülh və sabitliyə ciddi əngəl
törədən konfliktlərin aradan qaldırılması,
xüsusilə Azərbaycan ərazisi olan Qarabağın
işğalı faktının beynəlxalq ictimaiyyət tərəfindən
təsdiqlənməsi zərurəti
vurğulanmışdır. "Heydər Əliyev və Azərbaycan-dünya
münasibətləri: siyasətdən mədəniyyətədək"
kitabının müəllifı Rahid Ulusel müzakirələrdə
Azərbaycanla bağlı səslənən fıkirlərə
münasibətini bildirmişdir.
Qeyd edək ki, 2000 və
2005-ci illərdə VI və VII Dünya konqresləri
Avropanın inteqrasiyası problemlərinə həsr
olunmuşdu. Növbəti IX Dünya Konqresi 2015-ci ildə
Yaponiyanın paytaxtı Tokio şəhərində
keçiriləcəkdir.
Elm.- 2010.- 31 avqust.- S.12.