“Ehtimal nəzəriyyəsi
və riyazi statistika ensiklopediyası”
Son illər cəmiyyətin sürətlə
gedən inkisafı yeni biliklərə qısa zamanda yiyələnməyi tələb
edir. Elm
və texnikanın inkisafı, elmin yeni sahələrinin və istiqamətlərinin
yaranması, elmin müxtəlif sahələrinin
bir-birinə qovuşması
yeni müasir terminlərin
və anlayışların
yaranmasına səbəb
olmuşdur. Ona görə də bu sahələri əhatə edən, müasir elm və texnikanın
tələblərinə cavab
verən müxtəlif
ensiklopedik lüğətlərin və ensiklopediyaların
nəşri zamanın
tələbatına çevrilmişdir.
Amma Azərbaycan dilində mövcud olan ensiklopedik lüğətlər və ensiklopediyalar sürətlə inkisaf edən elm və texnikanın tələblərinə
cavab vermir. Bu səbəbdən yeni ensiklopedik lüğətlərin və
ümumiyyətlə, ensiklopediyaların
nəşrinə böyük
ehtiyac yaranır.
Azərbaycan Milli Elmlər Akademiyası Terminologiya Komissiyasının
5 may 2008-ci il tarixli qərarı ilə bu yaxınlarda
akademik Cəlal Allahverdiyevin, AMEA-nın müxbir üzvü Asəf Hacıyevin, fizika-riyaziyyat elmləri namizədi Həqiqət Əhmədovanın birgə
hazırladıqları "Ehtimal nəzəriyyəsi
və riyazi statistika ensiklopediyası"
"Elm" RNPM-in mətbəəsində
nəşr olunmuşdur.
"Ehtimal
nəzəriyyəsi və
riyazi statistika ensiklopediyası"na Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev və Fizika-Riyaziyyat Elmləri Bölməsinin
akademik-katibi, akademik Akif Hacıyev rəy vermişlər.
Geniş oxucu auditoriyasına təqdim olunan bu ensiklopediyada toplanan termin və anlayışların
əsasını müəlliflərin 2002-ci ildə
Bakıda "Gənclik"
nəşriyyatında çap
olunmuş "Ehtimal nəzəriyyəsi və
riyazi statistika" terminoloji lüğəti
təşkil edir.
Ensiklopediyada təqdim olunan 5200 termin və anlayışa aid məqalələr əlifba ardıcıllığı
ilə verilmişdir. Hər terminin
adı Azərbaycan, ingilis və rus dillərində verilir. Belə yanaşma ədəbiyyatda
rus və ya ingilis dillərində
rast gəlinən terminlərin Azərbaycan dilində geniş izahının əldə
olunmasına kömək
edəcəkdir.
"Ehtimal nəzəriyyəsi
və riyazi statistika ensiklopediyası"
ehtimal nəzəriyyəsi, riyazi statistika və onun elm və texnikanın müxtəlif
sahələrində tətbiqi
üzrə məlumat
xarakterli nəşrdir. Ensiklopediyada verilmiş
hər bir sahə üzrə məqalələr geniş
və dərin elmi xarakter daşıyır,
bu sahənin əsas anlayışlarını əhatə edir, onlar haqqında
kifayət qədər
məlumat verərək,
eyni zamanda, bu sahənin müasir vəziyyətindən xəbər verir. Ensiklopedik biliklər bir nəşrdə toplandığı üçün
oxuculara qısa zamanda ətraflı məlumat verərək cəmiyyətin müxtəlif
təbəqələrinə - tələbələrə, aspirantlara,
müəllimlərə, müxtəlif sahələrdə
çalışan alim və mütəxəssislərə, ehtimal nəzəriyyəsi və riyazi statistikanın termin və anlayışlardan istifadə edən
və ümumiyyətlə,
bu sahə ilə bağlı olan elmin müxtəlif istiqamətlərində
çalışan və maraqlanan insanların tələblərinə
xidmət edə biləcəkdir.
Elm.- 2010.- 9 iyun.- S.12.