Azərbaycanlı gənc alim beynəlxalq
simpoziumda
iştirak etmişdir
İstanbul Universitetinin ilahiyyat fakültəsinin təşkilatçılığı
ilə dövlətin
himayəsi altında
"Din və mədəniyyət
fərqliliklərinin yanaşı
yaşamasında İstanbul
təcrübəsi" adlı
beynəlxalq simpozium keçirilmişdir. Simpoziumun təntənəli
açılışı dəvət edilən qonaqların, universitet rektorunun və fakültənin dekanı prof. dr. Gündüz
Şinasinin çıxışları
ilə başlamışdır.
Dünyanın bir çox ölkəsindən
- ABŞ, Almaniya, Hollandiya,
Makedoniya, Hindistan, Polşa, Avstraliya, Misir, İran, Küveyt, Liviya, Malayziya, Rumıniya, Şimali Kipr və s. olan elm adamlarının iştirak
etdiyi tədbirdə ölkəmizi Azərbaycan
Milli Elmlər Akademiyasının əməkdaşı
fəl.e.n. Roida Rzayeva təmsil
etmişdir. O, simpoziumda
"Çoxmədəniyyətlilik və İstanbul" adh məruzəsi
ilə çıxış
etmişdir.
Qeyd edək ki, bu simpoziumun
keçirilməsində başlıca məqsəd
dünyanın ən qədim tarixə və mədəniyyətə
malik coğrafı məkanlarından biri olan İstanbulun fərqli din və mədəniyyətlərini yanaşı
yaşadan, hər guşəsində gizli bir tarixin olduğu
"dünya paytaxtı"
olmasını, bir
"ulu röyalar şəhəri" kimi tanınmasını, 1453-cü ildən etibarən türk mədəniyyət
və sənət həyatının
"paytaxtı" halına
gəlməsini bir daha qeyd etmək
idi.
Simpoziumda Romadan Osmanlıya, Osmanlıdan Türkiyə
Cümhuriyyətinə və
gələcəyə uzanan
istiqamətdə qədim
şəhər olan İstanbulun türk və dünya mədəniyyətindəki yeri
vurğulanmışdır.
İstanbul şəhəri əsrlərdir imperiyaların paytaxtı olaraq, fərqli mədəniyyətlərə ev sahibliyi edən tarixi bir mərkəzdir. Şəhərin osmanlılar tərəfindən fəthindən sonra tarix boyu təcrübə edilən Anadolu tolerantlıq ənənəsi bu şəhərdə kök salmışdır. Dini və mədəni plüralizmin hüquqa əsaslanaraq bu şəhərdə kök salması, İstanbulun bu günə qədər çoxmillətli cəmiyyət olmasının ən vacib səbəbidir. Sosial fərqliliklərdən irəli gələn bu tarixi plüralizm hələ də şəhərin memarlıq və mədəni xüsusiyyətlərində yaşamağa davam etməkdədir. İstanbul ehtiva etdiyi fərqli mədəniyyət və inanclara aid topluluqları mədəniyyət və sənətdən memarlığa, gündəlik həyatın adətlərindən bu şəhərə aidolma duyğusuna qədər -hər cəhətdən qarşılıqlı əlaqədə olduqları güclü bir tolerantlıq zəminində yaşada bilmişdir.
Bu plüralist anlayışın inşa etdiyi İstanbul tarixi fərqliliklərin özlərinə məxsus töfhələri ilə getdikcə zənginləşmiş bir tarix və mədəniyyət mərkəzidir. Buna görə də İstanbul sahib oldugu bu "çoxmədəniyyətlilik" ənənəsi ilə yenidən kəşf edilməyi gözləyən bir mirası ifadə etməkdədir. Bu miras qloballaşan dünyadakı ictimai fərqliliklərin birgə var olabilmə axtarışları üçün də əhəmiyyətli bir tarixi model ola bilər.
Beləliklə, Bogaz gəzintisi mədəni proqramı ilə sona çatan
və yüksək səviyyədə keçirilən
"Din və mədəniyyət fərqliliklərinin
yanaşı yaşamasında
İstanbul təcrübəsi"
adlı beynəlxalq simpoziumdan iştirakçılar
böyük ruh yüksəkliyi və xoş təəssüratlarla
ayrılmışlar.
Elm.- 2010.- 9
iyun.- S.8.