AZƏRBAYCANDA GEOLOGİYA ELMİNİN
YENİ İSTİQAMƏTİ –TİBBİ GEOLOGİYA
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu yeni tədqiqatlar istiqamətini müəyyənləşdirib ki, bu da tibbi geologiyadır. Bu istiqamətdə aparılacaq tədqiqatlar bəzi geoloji obyektlərin və proseslərin canlı aləmə, o cümlədən insan səhhətinə təsirini öyrənəcək. İnstitut bu tip tədqiqatlara başlamaq üçün xarici ölkələrin təcrübəsindən istifadə etməyə çalışır. Bu
niyyətlə Geologiya İnstitutunun
gənc əməkdaşı Fərəh Vəliyeva Tehranda keçirilmiş
"Tibbi geologiya"
adlı I beynəlxalq simpoziumda iştirak etmişdir. Gənc
alim Türkiyə, Çexiya,
Efiopiya, Gürcüstan, Tacikistan,
İndoneziya və s.
ölkələrin də təmsil olunduğu
tədbirdə "Azərbaycanda tibbi
geologiyanın problemləri" adlı məruzə ilə
çıxış etmişdir. Məruzə
simpozium iştirakçılart tərəfindən
böyük maraqla
qarşılanmışdır.
İranın Atom Enerjisi Təşkilatının
təmsilçisi Azərbaycanda
radonun öyrənilməsi,
İranın Geoloji Araşdırmalar Mərkəzinin
nümayəndəsi isə
Geologiya İnstitutu ilə tibbi geologiya üzrə əməkdaşlıq etmək
niyyətlərini bildirmişlər.
Qeyd edək ki, AMEA Geologiya İnstitutu Azərbaycan
ərazilərindəki radon qazı ilə
bağlı 20 ildir tədqiqatlar
aparır. Tibbi geologiya
isə ölkəmizdə indiyəcən öyrənilməmişdir.
Samirə KƏRİMOVA
Elm.- 2010.- 30 iun.- S.12.