“Azərbaycanın qədim
mədəniyyət ocağı-Qarabağ”
mövzusunda sərgi açıldı
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyinə həsr olunmuş "Azərbaycanın
qədim mədəniyyət
ocağı - Qarabağ"
sərgisində Azərbaycanın
əsas sosial-iqtisadi, siyasi və mədəni mərkəzlərindən
biri olan Qarabağın tarixindən
bəhs edən arxeoloji-etnoqrafik nümunələr
- yaşına görə
ən qədim maddi tapıntı olan Azıxantropun alt çənə sümüyü,
imperator I Aleksandrın Qarabağ
xanı Mehdiquluxana hədiyyə etdiyi bayraq, dünya şöhrətli Qarabağ
xalçaları, burada
zərb olunmuş sikkələr, milli geyimlər, sənətkarlıq
nümunələri, silahlar,
görkəmli elm və
mədəniyyət xadimlərinin
şəxsi əşyaları,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ müharibəsində
şəhid olmuş milli qəhrəmanların
şəxsi əşya
və sənədləri
nümayiş olunur.
Sərgi salonunda yerləşdirilən
posterlər vasitəsilə qədim Qarabağ torpağı haqqında daha ətraflı məlumat almaq mümkündür.
Sərgi sentyabr ayına qədər davam edəcək.
Elm.- 2010.- 17 iyun.- S.2.