“Ümumvəhdət fəlsəfəsi və Lütfi Zadə irsi” mövzusunda dəyirmi masa keçirildi

 

Qloballaşan dünyamız informasiya və informasiya texnologiyaları dövrünə qədəm qoymuşdur. Alimlər bu dövrü "paradiqmaların dəyişməsi" dövrü kimi dəyərləndirirlər. Filosofların fıkrincə, informasiya anlayışının, informasiya mübadiləsi və axınının artıq elmin bütün sahələrinə cəlb olunduğu dərk edilməklə fəlsəfənin, tarixin və idrak nəzəriyyəsinin yeni metodologiyasının axtarışı istiqamətində işlər görülməlidir.

Bu baxımdan iyun ayının 11 -də Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) "Ümumvəhdət fəlsəfəsi və Lütfı Zadə irsi" mövzusunda keçirilmiş dəyirmi masa diqqəti cəlb edir. Dəyirmi masa cari ilin 30-31 mart tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə birgə keçirilmiş "Ümumvəhdət fəlsəfəsi və müasir elm" elmi-nəzəri seminarının davamı kimi nəzərdə tutulmuşdu.

Dəyirmi masada FSHİ-nin əməkdaşları ilə yanaşı, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, fızik-alim, akademik Maqsud Əliyev, Lütfı Zadə irsinin davamçısı, texnika elmləri doktoru, AMEA-nın müxbir üzvü Rafıq Əliyev, iqtisadçı-alim, AMEA-nın müxbir üzvü Akif Musayev, AMEA-nın və ali təhsl müəssisələrinin iqtisadiyyat, riyaziyyat, fızika, biologiya və digər elm sahələrini təmsil edən professor və müəllimləri iştirak etmişlər.

Dəyirmi masada fəlsəfə və digər elmlərin marağında olan bir sıra ortaq məsələlər müzakirə edilmişdir. Əsas məqsəd müxtəlif elmləri təmsil edən alimləri vahid mövzu ətrafında birləşdirərək, onların arasında təmas yolu ilə intellektual və mənəvi təkmilləşmə imkanlarını genişləndirmək olmuşdur.

 

 

S.G.Əliyeva

 

Elm.- 2010.- 17 iyun.- S.2.