AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda
elmi-praktiki seminar
Mayın 13-də Azərbaycan Milli Elmlər
Akademiyasının akademik Y.Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutunda “Qaz və maye
xromatoqrafiyası metodları" mövzusunda elmi-praktiki
seminar keçirilmişdir.
İnstitutun direktor
müavini Akif Əzizov seminarın məqsədi və əhəmiyyəti
haqqında danışmışdır.
Seminarda
"Phenomenex" (ABŞ) şirkətinin təmsilçisi,
LT Scientifıc (ABŞ-Azərbaycan) firmasının prezidenti,
kimya elmləri namizədi İsmayıl Rüstəmov "Qaz
xromatoqrafında analiz üsullarının işlənməsi",
"Maye xromatoqrafında analiz üsullarının işlənməsi",
"Maye xromatoqrafıyada müasir sorbentlər"
mövzularında məruzə ilə çıxış
etmişdir.
Sonda İ.Rüstəmov mövzuya dair sualları
cavablandırmışdır.
Elm.- 2010.- 19 may.- S. 12.