AMEA-nın Botanika İnstitutunda görüş
keçirilmişdir
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Botanika İnstitutunda BMT-nin Avropa
üçün Ətraf Mühit Proqramının regional
ofisinin nümayəndəsi İvonne Hiquero ilə
görüş keçirilmişdir.
Görüşdə
"Azərbaycanm Qırmızı Kitabı"nın ikinci
nəşri müzakirə olunmuşdur.
İnstitutun direktor əvəzi Validə Əlizadə bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə institut əməkdaşları tərəfindən Avropa və Amerika alimləri ilə birgə Azərbaycanın nadir və nəsli kəsilməkdə olan endem bitkilərinin müasir metodlarla öyrənilməsi və qiymətləndirilməsi üzrə aparılan elmi-tədqiqat işləri haqqında qonağa məlumat vermişdir.
Görüşdə "Qırmızı Kitab"ın yeni nəşrində,
beynəlxalq standartlara
müvafiq olaraq, bitki növlərinin müasir statusunun təyini istiqamətində
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə Botanika İnstitutu arasında əlaqələrin
genişləndirilməsinin vacibliyi vurğulanmışdır.
Elm.- 2010.- 19 may.- S. 12.