Rusiyalı neftçi-alimlər AMEA Geologiya İnstitutunda olmuşlar

 

Rusiyanın "Rosneft" şirkəti AMEA Geologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətindədir. Bu məqsədlə mayın 5-i və 6-da şirkətin 4 nəfərlik nümayəndə heyəti Geologiya İnstitutunda olmuşdur. AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə rusiyalı alimləri qəbul edərək onlara institutun neft-qaz sahəsindəki elmi nailiyyətləri, potensialı və Rusiyanın elmi təşkilatları ilə əməkdaşlığından bəhs etmişdir.

 

“Rosneft”in Geoloji Araşdırmalar və Lisenziyalaşdırma Departamentinin direktor müavini, geologiya-mineralogiya elmləri namizədi Mixail Skvorsov Geologiya İnstitutunun elmi bazasını yüksək qiymətləndirmiş və əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşmüşdür.

Rusiyalı neftçilər institutun laboratoriyaları, neftə aid xəritə, sxem, kitab və digər elmi nəşrləri ilə tanış olmuşlar.

 

 

Samirə KƏRİMOVA

 

Elm.- 2010.- 19 may.- S. 2.