Azərbaycanlı
alim ABŞ-ın Bioqrafiya İnstitutunun qızıl
medalına layiq görülüb
Bu günlərdə
AMEA Naxçıvan Bölməsinin sədri, akademik
İsmayıl Hacıyev elm sahəsindəki səmərəli
xidmətlərinə, həmçinin tədqiqat müəssisələri
arasında intensiv elmi əlaqələrin qurulması sahəsindəki
fəaliyyətinə görə ABŞ-ın Bioqrafiya
İnstitutunun qızıl medalına layiq görülüb.
Akademik İ.Hacıyev
müxtəlif illərdə tarix elmləri doktoru, professor,
akademik, əməkdar elm xadimi kimi yüksək elmi və fəxri
adlara layiq görülmüşdür. AMEA Naxçıvan
Bölməsi ilə
respublikanın, eləcə də Tükriyənin, bir sıra
Avropa ölkələrinin elm ocaqları arasında sıx elmi
əməkdaşlıq qurduğuna, elmi
axtarışlarına və bu sahədə əldə etdiyi
nailiyyətlərinə görə alimə bir çox
mükafatlar da təqdim olunub.
Xatırladaq ki, akademik
İsmayıl Hacıyev ABŞ-m Bioqrafiya İnstitutunun
qızıl medalından başqa, 2001 -ci ildə
sözügedən institutun "İlin adamı" adını almış, 2002-ci ildə Nyu-York
Elmiər Akademiyasının həqiqi üzvü
seçilmiş, eyni zamanda 2009-cu ildə Türkiyə
Cümhuriyyəti Avrasiya Mədəniyyət və Sənət
Qurumunun, Hüseyn Qazi Mədəniyyət Vəqfinin
mükafatları ilə təltif edilmisdir.
Türkanə BƏYLƏRLİ
Elm.- 2010.- 26 may.- S.2.