Arxeoloji tədqiqatlar davam etdirilir
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası
iyunda Tovuz rayonunda arxeoloji tədqiqatlar aparacaqdır. İlk olaraq Tovuz arxeoloji ekspedisiyası Fransa arxeoloqları ilə birlikdə Aşağı
Ayıblı kəndində
bizim eradan əvvəl V minilliyə
aid olan qədim yaşayış yerində
və hazırda Avropa arxeoloqlarının diqqət mərkəzində
olan Göytəpə
neolit dövrü yaşayış yerində
arxeoloji qazıntıları
davam etdirəcəklər.
Bu ilin sentyabrında Göytəpə abidəsinin
qazıntılarına Yaponiyanın
Tokio Universitetinin arxeoloqlarından ibarət
böyük bir dəstə də qatılacaqdır.
Tədqiqatlara Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbələrinin də cəlb olunması nəzərdə tutulmuşdur. Bu il yay mövsümü
zamanı arxeoloji tədqiqatlarla yanaşı,
tələbələrin hazırlanması
məsələsi ekspedisiyanın
əsas işlərindən
biri olacaqdır. Növbəti
illərdə qazıntılarda
iştirak edəcək
tələbələrin arxeologiya
elminin mükəmməl öyrənmələri
məqsədi ilə bir sıra xarici
ölkələrdə məşğələlərə
cəlb edilmələri də nəzərdə tutulmuşdur.
Bundan əlavə,
Tovuzda aparılan arxeoloji
qazıntılarla tanış olmaq
məqsədi ilə bir sıra Avropa
ölkələrinin arxeoloji
mərkəzlərindən mütəxəssislərin gəlməsi
gözlənilir.
Elm.- 2010.- 26 may.- S.12.