İrəvan ədəbi  mühitinə dair yeni kitab

 

Bu günlərdə AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə filologiya elmləri üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyevin "İrəvan ədəbi mühiti (1920-1950-ci illər) " adlı kitabı isıq üzü görmüşdür. Kitabda İrəvanda 1920-1950-ci illər dövrünü əhatə edən Azərbaycan ədəbi mühitindən bəhs olunur.

 

Müəllif İrəvanda Azərbaycan ədəbi mühitinin formalaşmasında və inkişafında böyük rol oynamış, milli iradə nümayiş etdirmiş azərbaycanlı ziyalıların fəaliyyətindən, erməni şovinizmi əhatəsində Azərbaycan türklərinin üz-üzə gəldiyi problemlərdən, anadilli mətbuatın rolundan, milli maarifçilik və təhsil məsələlərinə ermənilərin törətdikləri  maneələrin  İrəvanda mədəni-maarif ocaqlarının normal fəaliyyətinə vurduqlan zərbələrdən, yaradıcı insanların nəsr, poeziya, teatr və dramaturgiya, ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərindən geniş söhbət açır.

Kitabda, hər şeydən əvvəl, İrəvandakı ictimai-siyasi və ədəbi-mədəni mühitə geniş yer ayrılmışdır. Müəllif bu mühiti təhlil edərkən Azərbaycan dövlətinin bu istiqamətə xüsusi diqqət göstərdiyini nəzərdən qaçırmamış, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust və 29 dekabr 2006-cı il tarixli sərəncamlarını qeyd etməklə İrəvan ədəbi mühitini tədqiq etməyi günün ən aktual problemi kimi qiymətləndirmişdir.

"İrəvan ədəbi mühiti (1920-1950-ci illər)" kitabının elmi redaktorları fılologiya elmləri doktorları Qara Namazov və Buludxan Xəlilovdur.

 

 

S.KƏRİMOVA

 

Elm.- 2010.- 26 may.- S.12.