Geoloqlar Azərbaycanın filiz yataqlarının yeni
üsulla istismarını təklif edirlər
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya
İnstitutunun alimləri 3 illik tədqiqatlardan sonra belə qənaətə
gəlmişlər ki, ölkənin bəzi filiz
yataqlarının istismarında müasir yerində yuyub
çıxarma üsulundan istifadə etmək
mümkündür. Xörək duzu və elektrik gərginliyinin
başlıca rol oynadığı bu üsulla faydalı
metallar, xüsusən də qızıl qazıntılar
aparmadan, təbiətə ziyan vurmadan, asan, xeyli ucuz və tez əldə
oluna bilir.
Yerində yuyub
çıxarma üsulu dünyanın müxtəlif filiz
yataqlarında özünü doğrultmuş, lakin Azərbaycandakı
yataqlarda indiyəcən tətbiq olunmamışdır.
Sözügedən
üsulun ölkəmizdə tətbiqi üçün
Geologiya İnstitutunda müasir elmi-texniki baza təşkil
edilmişdir.
İnstitut bu istiqamətdəki
işləri Nazirlər
Kabineti tərəfindən
təsdiq olunmuş "Azərbaycanın filiz yataqlarında təbiətə
ziyan vurmadan metalların çıxarılma
texnologiyasının tədqiqi, işlən-məsi və tətbiqinə
dair Tədbirlər Proqramı"na əsasən həyata
keçirir. Yeni üsulun Azərbaycanda fəaliyyət
göstərən Beynəlxalq Mədən Əməliyyat
Şirkəti ilə birgə Gədəbəy və
Göygöl rayonlarındakı yataqların üzərində
təcrübədən keçirilməsi nəzərdə
tutulur.
S.Kərimova
Elm.- 2010.- 12
oktyabr.- S.7.