Geologiya İnstitutunun alimləri

Beynəlxalq konqresdə iştirak etmişlər

 

Azərbaycandan bir qrup geoloq-alim Argentinanın Mendoza şəhərində keçirilmiş XVIII Beynəlxalq sedimentaloji konqresdə iştirak etmişdir.

Beynəlxalq Sedimentalogiyaçılar Assosiasiyası tərəfındən təşkil olunmuş tədbirdə akademiklər Akif Əlizadə, İbrahim Quliyev, geologiya-mineralogiya elmləri doktoru Elmira Əliyeva və geologiya-mineralogiya elmləri namizədi Dadaş Hüseynov Azərbaycanda sedimentalogiya istiqamətində aparılan tədqiqatlar barədə məlumat vermişlər.

Alimlər Geologiya İnstitutunun nəşri olan "Neftli-qazlı hövzələrin stratiqrafiyası və sedimentalogiyası" adlı beynəlxalq elmi jurnalı, Azərbaycan Rcspublikası Dövlət Neft Şirkətinin "Azərbaycan Neft Təsərrüfatı" jurnalını tədbir iştirakçılarına təqdim etmişlər.

Konqresdə geoloq alimlərimizin "Cənubi Xəzər hövzəsinin Kür çayının deltasında holosen çöküntü toplanması və üzvü karbonun dövriyyəsi", "Xəzər dənizində iqlimdən asılı olaraq terrigen süxurlarının pleystosendə çöküntü ritmləri" və "Cənubi Xəzərin aşağı pliosen çöküntü toplanma şəraitinin evaporitlərdə kükürd izotopunun əsasında bərpası" mövzularında elmi məruzələri böyük maraqla qarşılanmışdır.

 

Elm.- 2010.- 27 oktyabr.- S.3.