“Gəncə tarixinin aktual problemləri”

 mövzusunda II elmi-praktik konfrans keçirilib

 

Oktyabrın 20-də Gəncədə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə "Gəncə tarixinin aktual problemlari" mövzusunda II elmi-praktik konfrans keçirilib.

 

Tədbirdə akademikler Arif Həşimov, Nailə Vəlixanlı, Vaqif Fərzəliyev, Azərbaycan Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, AMEA Tarix İnstitutunun bir qrup əməkdaşı və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, akademiklər A.Həşimov və N.VəIixanlı çıxış ediblər. Konfrans zamanı Gəncənin tarixinin öyrənilməsinin davam etdirilməsi və "Gəncə tarixi" adlı kitabın hazırlanması qərara alınıb.

Konfransda çıxış cdən akademik Arif Həşimov keçirilən tədbirin mühüm əhəmiyyət daşıdığını bildirib: "Gəncədə çox böyük elmi potensial toplanıb. Biz bu münbit şəraitdən istifadə edərək, bu elmi potensialı Azərbaycanın digər bölgələrindəki elmi mərkəzlərin potensialı ilə birləşdirməli, qədim və bugünkü tariximizi müasir səviyyədə dünya ictimaiyyətinə çatdırmaq üçün çalışmalıyıq. Bu, qarşıya qoyulan vacib məsələlərdən biridir".

Konfrans bölmələr üzrə işini davam etdirmişdir.

 

          Elm.- 2010.- 27 oktyabr.- S.3.