Azərbaycanın geoloq-aliminə Rusiya

Dövlət Neft-Qaz Universitetinin

professoru rütbəsi verlmişdir

 

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini akademik İbrahim Quliyev İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində aspirantlar və magistrlər üçün seminarlar keçirmiş, məruzələrlə çıxış etmişdir. Rusiyanın elmi müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri olan alimə həmin universitetin professoru rütbəsi verilmişdir.

Qeyd edək ki, alimin qonşu ölkədəki tədris fəaliyyəti Rusiyada elmi tədqiqatların aparılması və tədris olunması üçün xarici alimlərin bu ölkəyə cəlb edilməsini nəzərdə tutan dövlət proqramı çərçivəsində həyata keçirilmişdir. Rusiya hökuməti bu proqramın məqsədi üçün 2010-cu ildən 12 milyard rubldan çox pul ayırır. İ.Quliyev hesab edir ki, sözügedən proqram digər qanunvericilik sənədləri və birgə qonşu ölkədə elm və təhsil üzrə islahatlar aparılmasına və ali təhsilin keyfiyyətinin daha da yüksəldilməsində imkan yaradır.

 

Elm.- 2010.- 27 oktyabr.- S.8.