İstanbulda keçirilmiş toplantıda elmlər akademiyalarının cəmiyyətdə rolu müzakirə edilmişdir

 

Türkiyənin İstanbul şəhərində Şərqi və Orta Asiya elmlər akademiyalarının toplantısı keçirilmişdir.

Türkiyə Bilimlər Akademiyası (TÜBA) tərəfindən təşkil olunan toplantıda Türkiyə, Azərbaycan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Pakistan və Əfqanıstan elmlər akademiyalarının nümayəndələri iştirak etmişlər.

Tədbirdə elmlər akademiyalarının fəaliyyəti, onların cəmiyyətdə rolu və s. məsələlər müzakirə olunmuşdur.

Toplantıda AMEA-nın akademik katibi, akademik Vaqif Fərzəliyev Azərbaycan Milli Elmlər Akademiyasının strukturu, fəaliyyəti və qarşısında duran vəzifələr haqqında məlumat vermişdir.

 

 

Elm.- 2010.- 21 sentyabr.- S.2.