Beynəlxalq konfransda azərbaycanlı
alimin məruzəsi maraqla qarşılanmışdır
Qazaxıstanın Aktau şəhərində
"Xəzər və
Aral regionlarının tarixi-mədəni
irsi" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Azərbaycan, Qazaxıstan,
ABŞ, Özbəkistan və
digər ölkələrin
alim və mütəxəssislərinin iştirak
etdikləri beynəlxalq
tədbirdə Azərbaycan
Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun nəşrlər
və elmi əlaqələr sektorunun
müdiri, tarix elmləri namizədi Səfər Aşurovun
"Azərbaycanın erkən
bürünc dövrü
yeni arxeoloji tədqiqatlarda" mövzusunda
məruzəsi maraqla qarşılanmışdır.
Tədbir iştirakçıları Manğıstau
Tarix Muzeyində, Şopanata, Beket Ata ziyarətgahlarında olmuş,
abidələrin bərpası
və qorunması problemləri üzrə diskussiya aparmışlar.
Konfransın sonunda Aktau şəhərində Xəzər-Aral
regionunun tarixi-mədəni
irsi üzrə beynəlxalq subregional Elmi-Tədqiqat Mərkəzinin
yaradılması təklif
olunmuşdur. Bu məqsədlə
yaradılmış altı
nəfərdən ibarət təşəbbüs qrupunun tərkibinə S.Aşurov
da daxil edilmişdir.
Elm.- 2010.- 21 sentyabr.- S.6.