Geologiya İnstitutu
Avstriya şirkətləri
ilə yeni əlaqələr qurur
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri Avstriyanın HOT Mühəndisi
Tədqiqatlar və Təkmilləşdirmə Şirkətində
olmuş, neft-qaz, geofizika və qazma sahəsində peşəkarlığın artırılması
istiqamətində əməkdaşlıq
imkanları müzakirə
edilmişdir.
İnstitutun elmi işlər üzrə direktor müavini, akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvləri Hətəm Quliyev və Qalib Əfəndiyev
təmsil etdikləri elmi müəssisənin qeyd olunan sahələrdəki
tədqiqatları və
nailiyyətləri barədə
məlumat vermişlər.
Şirkətin prezidenti Dyetard Kratzer öz növbəsində rəhbərlik
etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat vermiş və Geologiya İnstitutu ilə əməkdaşlıq etmək
niyyətini bildirmişdir.
Azərbaycanlı geoloqların Avstriyada əməkdaşlıq niyyətli
növbəti görüşü
OMV Tədqiqatlar və
İstehsalat Şirkətində
olmuşdur. Burada da neft-qaz, geofizika
və qazma sahələrindəki tədqiqatlar
və təcrübələr
barədə qarşılıqlı
məlumatlar verilmişdir.
OMV-un alimləri Azərbaycanda tədqiqatlara
başlamağın böyük
həvəsində olduğunu
bildirmişlər. Hər iki neft şirkətinin
əməkdaşlıq niyyəti
ilə bu ilin sonunda Geologiya
İnstitutuna səfəri
planlaşdırılmışdır.
Elm.- 2010.- 21 sentyabr.- S.6.