Respublika Elmi Tədqiqatların Təşkili və  Əlaqələndirilməsi Şurasının Biologiya Elmləri Bölməsi üzrə Problem Şurasının iclası keçirilmişdir

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Biologiya Elmləri Bölməsi üzrə Problem Şurasının iclası keçirilmişdir

 

Biologiya Elmləri Bölməsi üzrə Problem Şurasının sədr müavinləri AMEA-nın müxbir üzvləri İbrahim Əzizov və İradə Hüseynova şuranın iş mexanizmi və qarşısında duran vəzifələr haqqında məlumat vermişlər.

İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş doktorant və dissertantların dissertasiya mövzularının təsdiq edilməsi qaydaları müzakirə olunmuşdur.

Müzakirələrdə seksiya rəhbərləri - AMEA-nın müxbir üzvləri Məhərrəm Babayev, Pənah Muradov, İlham Ələkbərov, biologiya elmləri doktorları Validə Əlizadə, Zeynal Əkbərov, Aydın Əskərov, biologiya elmləri namizədi Afiq Qazıyev iştirak etmişlər. Qeyd olunmuşdur ki, respublikamızın elmi müəssisələrində aparılan elmi-tədqiqat işlərinin elmi və praktiki səviyyəsinin yüksəldilməsi üçün fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcəsi almaq istəyən iddiaçılara verilən dissertasiya mövzuları ilkin olaraq Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının elmi bölmələr üzrə müvafıq problem şuralarında müzakirə edilməli və sonradan müvafiq təşkilatların elmi şuralarında təsdiq edilməlidir. AMEA Biologiya elmləri bölməsi institutlarının, problem şuralarının veb-saytlarının hazırlanmasının vacibliyi vurğulanmış, bu məsələlərin bölmə bürosunun və AMEA Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılması qərara alınmışdır.

 

 

Elm.- 2011.- 31 mart.- S.21.